Rusiyanın meyvə-tərəvəz qadağasının üç səbəbi

Rusiyanın “Rosselxoznadzor” qurumu, ölkəyə bəzi meyvə və tərəvəzlərin gətirilməsinə 10.12.2020 tarixindən məhdudiyyətlər qoymuşdur. Bu meyvə və tərəvəzlərin tərkibində insan orqanizminə zərər verən bəzi maddələrin olduğunu iddia etmişdir. Bu ölkələr arasında Azərbaycan, Türkiyə,Qazağıstan, Tacikistan və. s ölkələr olduğu qeyd olunur. Bu qadağanın səbəbi 3 cür izah edilə bilər:
1) Rusiya yenidən Azərbaycan və Türkiyəyə təzyiq göstərmək üçün hər zamankı kimi bazarlardan başlamasıdır. Kremlin bu miñvalla Bakı və Ankaranı, Rusiyanın yaratdığı hansısa iqtisadi birliyinə üzv olmalarına məcbur etməkdir. Azərbaycan Rusiya bazarının 30 faizdən çoxunun pomidor idxalçısıdır.


2)  Rusiya özünün və Belarusiyanın çox münbit torpaqlara sahib olmasıdir. Qısa bir vaxta ölkənin və Belarus torpaqlarının hesabına daxili tələbatı təmin etməkdir. Belarusiya prezidenti Qərblə aralarının soyuması nəticəsində Ermənistan kimi,  Rusiyadan asılı bir duruma düşmüşdür.


3) Rusiya son zamanlar iqtisadi baxımdan ağır vəziyyətdədir. Ölkə getdikce çökməyə başlayır. Bu vəziyyətdə bu qadağanı qoymaq Rusiyanın ölkədən pul çıxarılışının bir qisminin qarşısını alır. Hər il Rusiyadan Azərbaycana pul köçürülmələrinin sayı 10-14 miliyard dollar dəyərində dəyişir. Bu da Rusiya kimi bir dövlətin sonunun gəlməsini tezləşdirən amillərdən biridir.

Bu üç amil Rusiyanın iqtisadiyyatında başlıca rol oynayır. Bu və başqa səbəblərdən Rusiyada qiymət artımıları müşahidə olunacaqdır.

Mikayıl Əsədov.

Bunu paylaş: