Rusiyanın Mİ-24 helikopteri hansı şəraitdə vuruldu???

Dünən Azərbaycan -Ermənistan sərhəddində Rusiyaya məxsus Mİ-24 hərbi helikopteri vurulmuşdur. Qarabağda döyüşlərin qızğın getdiyi bir vaxtda rus helikopterinin uçması çox müəmmalıdır. Biraz təhlil etsək görərik ki, işğalçı Ermənistan Rusiya və Türkiyəni münaqişəyə cəlb etmək istəyir. Döyüşlərin başladığı vaxtdan ermənilərin istədiyi iki tərəfi toqquşdurmaq olmuşdur.
Təhlil:
1) Əgər Rusiya tərəfi havaya helikopter qaldırmışdırsa, Azərbaycan tərəfinə əvvəlcədən məlumat verməli idi və hansı hava dərəcəsi ilə uçmasını bildirməlidir.
2) Helikopterin alçaqdan və gecə uçması hava radar sistemlərindən yayınma məqsədi güdürdü.
3) Azərbaycan sərhəddində Rusiya „döyüş helikopteri” niyə uçuşlar keçirmelidir? Bundan əvvəl belə hallara rast gəlinmiyib.
4) Rusiya tərəfindən helikopterin havaya qaldırılması əmrinin olmadığını etiraf etməsi,
artıq işğalçı Ermənistanın daha bir hiyləyə əl atdığının sübutudur.
Düşmən artıq Rusiyanında ona kömək olmayacağını anlamalı və Azərbaycan torpaqlarını tərk etməlidir. Azərbaycan tərəfi isə təyyarənin vurulması səbəbi ilə Rusiya tərəfinə üzürxahlıq edərək bütün təzminatı öz üzərinə götürmüşdür.

Mikayıl Əsədov.

Bunu paylaş: