Rusiyanın ikili standartları

Hörmətli oxucular, xəbər verdiyimiz kimi, Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova Rusiyada rəsmi səfər ərəfəsində Rusiya Federasiyasının sədri Valentina Matviyenko ilə görüşmüşdür .Bu görüşdə Valentina Matviyenko bildirmişdir ki, Rusiya Azərbaycanın strateji tərafdaşı olmasına böyük əhəmiyyət verir. Tarix boyu ruslar bizi hər zaman konfet kağızı ilə yola salaraq sonra bizə xəyanət etmişlər. Əgər Ruslar bizi strateji tərəfdaş kimi görsəydilər, Dağlıq Qarabağ problemi də heç bir zaman olmazdı.Azərbaycan hakimiyyətinin Rusiyadan asılılığı bununla tam izah olunur ki, yeni formalaşmış Milli Məclis sədrinin səfəri gələcəkdə Kremldən gələn əmrlərlə tanış olmaqdır. Burda heç bir strateji tərəfdaşlıqdan söz gedə bilməz. Lakin illərdir dünyanı ikili standartlarda  günahlandıran İlham Əliyev hakimiyyəti, bu barədə Rusiyaya bir söz demir ?

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: