Rusiyanın iddiası, Ukraynanı zəbt etməkdir..

 

Rusiyanın Xarici İşlər naziri Serqey Lavrov Rusiya-Ukrayna münasibətləri haqqında açıqlama verib. Onun sözlərinə görə, qərbyönümlü siyasətçilər bilərəkdən ölkəni parçalamaq istəyirlər. Lavrov bu fikirlərini Rusiyanın 1-ci kanalına müsahibəsində bildirib.
Əslinə baxsaq, Rusiya hazırki durumdan çox qorxur, keçmiş “Sovet Birliyi” ölkələrinin müstəqillik nailiyyətlərini həzm edə bilmir.

Bu baxımdan da “Rus ayısı” nəzarəti əldən verməmək üçün, keçmiş ” Sovetlər Birliyi ” xalqları arasında daim daxili və xarici iğtişaşlar törətməyi xoşlayırlar. Buna misal olaraq demək olar ki, bütün bölgələrdə Kremlin xain siyasətini görə bilərik. Məsələn:
İşğalçı Rusiya, 44 günlük Qarabağ müharibəsində ermənilərə boş yerə dəstək vermirdi.

Azərbaycan xalqını daim vassal kimi saxlamaq və təbii resurslarıdan yararlanmaq istəyirdi. Digər tərəfdən isə öz agentura şəbəkəsini ölkəmizdə yerləşdirməyə nail olmuşdur. Lakin Azərbaycanın müttəfiqi və qardaş ölkə Türkiyə və NATO-dan çəkindiyi üçün, “sülhməramlı” adı altında Qarabağa burnunu soxdu. Diqqətlə izləsək görərik ki, Rusiyanın keçmiş “Sovetlər Birliyin” dən indiyə qədər yürütdüyü siyasəti, dünya özünə qarşı geri qaytarmaqdadır.


Ümid edirik ki, Qarabağdan sonra Ukrayna, Moldova, Gürcüstan, Finlandiya, Yaponiya və. s kimi ölkələr də öz torpaqlarını azad edərək, ərazi bütövlüyünü təmin edəcək. Necə deyərlər, dünya dövr etdikcə, yer üzündə siyasətlə dövr edir. Pisliklər və yaxşılıqlar geri qayıdır.

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: