Rusiyanın işğalçılıq siyasətinə Azərbaycan hakimiyyəti niyə susur?

Bir aydan çoxdur ki, Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti davam edir. Buna misal olaraq, Gürcüstan, Moldova və s. kimi ölkələrin parlament üzvlərinin və digər dövlət adamlarının etirazlarını eşitməkdəyik.
Deyə bilərik ki, Ukrayna kimi Azərbaycan da eyni taleyi yaşamışdır və yaşamaqdadır. 90 – cı illərdə Rusiyanın böyük əməyi və dəstəyi nəticəsində Ermənistan Azərbaycan torpaqlarını işğal etdi. Açıq deyə bilərik ki, Azərbaycanın işğalının başında Rusiya dururdu. Bu gün isə, Azərbaycanı rəsmən işğal etməkdədir. Rus qoşunları sülhməramlı adı altında torpaqlarımızda min oyundan çıxmaqdadırlar.

Əgər bütün dünya Rusiyanın işğalçılıq siyasətinə etiraz edirsə, niyə Azərbaycan rəhbərliyi susur?
Gözdən pərdə asmaq üçün, bir neçə humanitar yardım Ukraynaya göndərilməkdədir. Üstəlik də göndərilən yardımların detalları ruslara təqdim olunmaqdadır.


Bizi maraqlandıran məqam Azərbaycanın siyasi elitasının susqunluğudur. Niyə deputatlarımız, nazirlərimiz, nə də digər siyasətçilərimiz Rusiyanı işğalçılıqda qınamırlar. Axı biz də bu işğala illərdir ki, məruz qalmışıq. İlham Əliyev və hakimiyyəti hələlik susur. Susmaq isə, necə deyərlər, razılıq əlamətidir. Azərbaycan rəhbərliyi başda İlham Əliyev susmaqla, Kremlin adamları olduqlarını bir daha göstərməkdədirlər. Onsuz da, ara-sıra hakimiyyət nümayəndələri tərəfindən Rusiyaya dəstək nümayiş etdirilir.
Çoxları susqunluğu hakimiyyətin Moskvadan qorxması kimi dəyərləndirir. Əgər belədirsə, niyə Rusiya işğalçılarını yenidən Azərbaycana dəvət etdiniz?
Bir sözlə, Azərbaycan bir daha Rusiyanın 5 ci kolonu sayəsində idarə olunduğunu sübut etdi. Bu səbəbdən Rusiyanın Ukraynaya işğalçılıq siyasəti hakimiyyət tərəfindən üstüörtülü də olsa dəstəklənir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın