Rusiyanın elit təbəqəsi Putinə qarşı üsyan edə bilər

Hörmətli oxucular, Rusiyanın Ukraynaya qarşı işğalçı siyasəti davam edir. Artıq on günə yaxındır ki, Rusiya Ukraynada böyük dirənişlə üzləşməkdədir. Qəhrəman ukraynalılar öz torpaqlarını qorumaq üçün hər cəhdlə işğalçı Rusiyanın qarşısında durmaqdadırlar.

Görünür, Putinin işğalçılıq siyasəti çox gecikməkdə idi. Rusiyalı generallar Ukraynanı işğal etmək üçün 48 saat vaxt bildirmişdirlər. Lakin hər şeyin tərsinə getdiyi görünür…
Digər tərəfdən də, Rusiyaya və onların elitasına tətbiq edilən sanksiyalar sürətlə genişlənməyə başlamışdır.
Son məlumatlara görə rus milyarderləri və biznesmenlər sürətlə öz sərvətlərini itirməkdədirlər. Onların son həftə ərzində 120 – 150 milyard dollar sərvət itirdikləri deyilir.

Bu səbəbdən Kremlin divarlarında etiraz səsləri eşidilməkdədir. Aldığımız xəbərə görə Rusiyanın bəzi elit təbəqəsi Putinə qarşı etiraz etməyə başlamışdır.
Amerika prezidenti Co Bayden də sonuncu çıxışı zamanı sanksiyaların bitmədiyini və bundan da güclü sanksiyaların tətbiq ediləcəyini qeyd etmişdir.

Belə getsə, Rusiyanın elit təbəqəsi Putinə qarşı üsayana qalxacaqdır.
Hər halda, Rusiyanın mərkəzi küçələrində də vəziyyət ürəkaçan deyil. Xalq müharibəyə qarşı hökumətə kəskin etirzaz aksiyaları keçirməkdədir. Bəzi məlumatlara görə bu etirazlarda həbs olanların sayı 30 min nəfəri keçməkdədir.
Rusiya imperatoru işğalçı Vladimir Putin çox gözəl anlayır ki, müharibənin üzanması onun taxtdan salınmasına səbəb ola bilər. Bu səbəbdən o getdikçə daha da aqressiya nümayiş etdirir. Lakin hələlik hər şeyin Putin və Rusiyanın əksinə işlədiyini deyə bilərik.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın