Rusiyanın daha bir nümayəndəsi işdən çıxarıldı

 

Hörmətli oxucular, biz xəbər portalı olaraq hər zaman Səhiyyə naziri Oktay Şirəliyevi gündəmdə saxlamışıq. Onun Azərbaycan səhiyyəsinə vurduğu zərbələri daim sizlərlə bölüşmüşdük. Aldığımız xəbərə əsasən İlham Əliyevin sərəncamı əsasında Səhiyyə naziri Oktay Şirəliyev vəzifəsindən kənarlaşdırılmışdır.

Oktay Şirəliyev Azərbaycanda Kremlin güvəndiyi adamlardan biri sayılırdı. Onun qızı Rusiyada mədəniyyət və mediya sahəsində yüksək vəzifələrdə calışmışdır. Mediya monopoliyasına başçılıq edən erməni əsilli Marqarita Simonyanın yaxın rəfiqəsi sayılmaqdadır. Hətta Şirəliyevin qızı Nərgiz Şirəliyeva erməni əsilli aktyor Armen Ciqarxanyandan reportaj hazırlamağı belə unutmamışdı.


Şirəliyevin Azərbaycanda Səhiyyə naziri kimi fəaliyyəti, korrupsiyanın artmasına, saxta dərmanların çoxalmasına, saxta həkimlərin artmasına və s. artmasına səbəb olmuşdur.
Xatırladaq ki, İlham Əliyev müvəqqəti olaraq, Səhiyyə naziri vəzifəsinə Şirəliyevin müavini Teymur Musayevi təyin etmişdir.


Maraqlı tərəfi budur ki, Oktay Şirəliyevin ən aktiv müavini olan Viktor Qasımov kənarda qalmışdır. Hələlik gözləyək, yeni nazir görək hansı hava ilə meydana daxil olacaqdır.

Mikayıl Əsədov.

Bunu paylaş: