Rusiyanın boğazı Türkiyənin əlinə keçir

 

Türkiyə dövləti artıq İstanbul kanalının tikintisinə başlamağa qərar verib. Bu məqsədlə gələcək kanalın üzərində qurulacaq ilk körpünün təməlqoyma mərasimi ilə bu işə start verildi. Hələ Osmanlı dövründə Türkiyə dövlətinin xəyal proyektlərindən olan bu kanalın uzunluğu 45 km, eni 150 metr, dərinliyi 20, 5 metr olacaq. Kanalda istisinsız olaraq bütün ticarət və hərbi gəmilərin rahat keçməsi mümkün olacaq. Kanalın tikintisinə ilkin hesablamalara görə 15 milyard dollar xərclənəcək və illik gəliri isə təxminən 3,5 milyard olacaq.
Bu yazının əsas məqsədi kanalın Türkiyə dövlətinə verəcəyi siyasi dividentlər barədədir və həmin divident Azərbaycan dövləti üçün də vacibdir.
Onu da qeyd edək ki, kanalın tikintisinə xarici dövlətlərin və onların Türkiyə dövləti içərisində olan uzantılaranın etirazı bu gün də davam edir. Əsas rahatsız olan isə Rusiyadır. Ona görə ki, yeni İstanbul kanalı işə düşəndən sonra boğazlar haqqında olan Montre sazişi demək olar ki, qüvvədən düşmüş olacaqdır.
Həmin sazişə görə xarici hərbi gəmilərin Qara dənizdə qalma müddəti bir aydan çox ola bilməz.
Bu bəndə istinad edən Rusiya, Qara dənizdə yerləşən NATO, xüsusilə Amerika gəmilərinin manevr etmək imkanlarını məhdudlaşdırır və onun Ukrayna və Gürcüstan üzərində olan militarist siyasətini həyata keçirmək üçün əl – qolunu açırdı.
Yeni kanalın tikintisi ilə əlaqədar Türkiyə dövlətinin iqtisadidən daha önəmli siyasi qazancı olacaqdır. Belə ki, onsuz da indiki boğazdan gəmilərin keçişi çətin və bəzən də təhlükəli olur. Yəni Türkiyə təhlükəsizliyi ilə əlaqədar istənilən vaxt indiki boğazdan gəmilərin keçişini məhdudlaşdıra və hətta saxlaya bilər.
Başqa bir məsələ isə Montre sazişinə görə gəmilərin Qara dənizdə qalma müddəti bir aydan çox ola bilməz məsələsi də aradan qaldırılmış olur.

Axırıncı məsələ Rusiyanı çox narahat etdiyinə görə, xarici işlər naziri S. Lavrov əlimyandı ilə Türkiyəyə səfər etmişdir. Mövlud Çavuşoğlu Antalyada baş tutan görüşdən sonra tərəflərin mətbuat konfransında verdiyi bəyanatlardan, demək olar ki, hərə öz ürəyindən keçəni demişdir, yəni prinsipial məsələ həll olunmamışdır. Lavrova görə, yeni kanal Montre sazişinin qüvvədən düşməsinə səbəb olmayacaq, M. Çavuşoğluya görə isə, nə yeni kanalın Montre sazişinə təsiri var, nə də Montre sazişinin yeni kanala təsiri var.
Beləliklə, Türkiyə gözəl bir diplomat dildə Lavrov – Kalantaryana “yox” cavabı verdi.
Yəni, yeni İstanbul kanalı ( boğazı) işə düşəndən sonra bir çox dövlətlərin, başlıca olaraq Rusiyanın “boğazı” Türkiyənin əlinə keçəcəkdir. Hər addımda, həm Türkiyənin, həm də Azərbaycanın qarşısına keçən Rusiyanın cilovlaması üçün İstanbul kanalı yeni, həm də tutarlı bir vasitə olacaqdır.

Şahin Sirvanlı.

Bunu paylaş:

Bir cavab yazın