Rusiyanın Azerbaycana qayıdışı qəti yol verilməzdir

Qarbağımızın azadlığı uğrunda gedən döyüşlərdə hər gün yeni zəfərə imza atan ordumuz artıq Rusiyanı da qorxuya salıb. Rusiyanın ermənipərəst Xarici İşler Naziri Sergey Lavrov metbuata musahibə verərək Dağlıq Qarabağda sülhməramlıları yerləşdirməyi təklif etmişdir, lakin Azərbaycan qardaş Türkiyəmizin də olmasını istəmişdir, rus və ermənilər isə bundan imtina etmişdir. Indiki vəziyyətdə Rusiya hər imkanla Qarabağımızda nəzarəti öz üzərinə götürmək istəsə də buna nail ola bilməyib.
Artıq son 1 həftə içində rəsmi Kremlin öz təkliflərini dəfələrlə dəyişməsi, rusların Qafqazda öz mövqelərini itirmələrindən xəbər verir.Azərbaycana hər zaman dəstək olan Türkiyəmiz bizə qarşı bütün xarici hücumları dəf etmişdir. Rusiya istəsə də, istəməsə də sonda Azərbaycanın mövqeyi ilə barışmalı olacaq, çünki biz öz torpaqlarımızı müdafiə edirik və bu bizim haqqımızdır. Bütün imkanlari ilə Azərbaycanın yanında olan qardaş Türkiyəmizə minnətdarıq.

Mikayıl Əsədov.

Bunu paylaş: