Rusiyanın Azərbaycanı təhdid etməsinin səbəbləri

Rusiya Ukraynaya işğalçılıq siyasəti yürütdüyü bir vaxtda, Dövlət Dumasının bəzi deputatları Azərbaycana qarşı çıxışlar etməkdə davam edirlər. Rusiyanın siyasi elitası sanki rəsmi Bakını hər şeydə günahkar çıxartmaq istəyirlər.
Bu dəfə Mixail Delyaqindən sonra Aleksandr Şerin Azərbaycanı hədələməyə başladı.
Məsələyə daha geniş aspektdən baxsaq, daha yaxşı olar. İlk öncə qeyd edək ki, Azərbaycan hər zaman Rusiyadan (Çar Rusiyası, CCCP zamanlarıda) təhlükə və təzyiqlər almışdır. Tarixə nəzər salsaq, xalqımıza qarşı şimal qonşularımız daim terrorlar və təxribatlar törətmişlər.

Niyə bu gün Azərbaycan Rusiyanın strateji tərəfdaşı olduğu bir vaxtda siyasi elita tərəfindən təhdidlərlə üzləşir?
İlk növbədə Azərbaycan Rusiya əlaqələri Ermənistanı narahat etməkdədir. Bilirik ki, erməni lobbisi Rusiyanın elit təbəqəsində mühüm yerlər tutmaqdadır. Bundan istifadə edən ermənilər Azərbaycan və Rusiyanın arasını soyutmağa çalışırlar.

Digər tərəfdən isə, Türkiyə amili böyük rol oynayır. Qardaş ölkənin bölgədə güclənməsindən Kreml narahlıq keçirməkdədir. Bu səbəbdən Rusiya Türkiyəyə təzyiq etmək üçün Bakını hədəf seçməkdədir.

Sonuncu səbəb isə, dəfələrlə axh-az.com xəbər portalında qeyd etdiyimiz kimidir; Rusiyanın Azərbaycan torpaqlarındakı legitim vaxtı azaldıqca, təzyiq vasitələrini gücləndirməyə calışır. Kreml Qarabağda istənilən vaxt təxribata əl atmaqla, Azərbaycanı yeni müqavilə imzalamağa məcbur edər. Bütün dünya bilir ki, Rusiyanı girdiyi yerdən çıxarmaq çox çətin məsələdir!.

İlham Əliyevin də son çıxışı buna bir sübutdur. Azərbaycan prezidenti qeyd etmişdir ki, “Rusiya sülhməramlıları” Azərbaycanı 2025 – ci ildə tərk edəcəklər.
Beləliklə, son vaxtlar Kremlin Azərbaycana qarşı hücumlarının arxasında bu məsələlər durmaqdadır. Dövlət Dumasının bəzi deputatları Azərbaycanı təhdid etməklə gələcək plan üzərində işləməkdədirlər. Yaxın zamanlarda ölkəmizə qarşı daha da böyük təhdidlərin olacağı gözlənilir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın