Rusiyalı generaldan etiraf

 

Ermənistan hakimiyyəti yeni təxribata əl atmaq istəsədə, hər şey əksinə baş verdi. Bu dəfəki hədəf Qarabağda Rusiya sülhməramlılarının başçısı Rüstəm Muradovdur. Biz doğma torpaqlarımızı azad etdikdən sonra, hazırki durumla barışa bilməyən işğalçı Ermənistan, Rusiyanı hədəfə almışdır. Qonşu ölkənin bəzi nümayəndələri qərəzli olaraq Rüstəm Muradova, Azərbaycanda saxlanılan erməni təxribatçılarının təyyarə ilə qaytarılmaması barəsində suallar ünvanlanlamışlar.

Bu qərəzin əvəzində isə Rüstəm Muradov, bunun Ermənistan hakimiyyətinin çirkin bir oyunu və hətta təxribatı olduğunu vurğulayıb. Generalın sözlərinə görə Ermənistan hakimiyyəti xalqa yalan vədlər verir. Muradov etiraf edib ki, bu Azərbaycana adi səfər idi. Bakıya səfəri zamanı erməni hərbi əsirlərin mövzu müzakirəsi olmadığını qeyd edib.
Nəzərinizə çatdıraq ki, aprelin 8-i ermənistan mətbuatı Azərbycanın erməni hərbi əsirləri təhvil verməməsi ilə bağlı xəbər yayımlamışdı.
Qısaca olaraq, bunun bir hiylə olduğunu bildirmək istərdik. Gedişatdan görünür ki, erməni xalqını Azərbaycanın adı ilə aldatmağa çalışmaq istəsələrdə bu baş tutmamışdır.

Nəhayət ki, ermənilər aldandıqlarını anlamışlar və İrəvanda itkin düşənlərin valideyinləri yerli hakimiyyətə qəzəb nümayiş etdirərək Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçirmişlər. Bu məsələyə Rusiya tərəfinin etirazı Ermənistanın rəhbərliyini dahada pis duruma salmışdır. Görünən odur ki, Nikol Paşinyan hakimiyyətinə yeni tələ hazırlanır.

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: