Rusiyalı general Qərbi təhdid edir, bu qış çox soyuq keçə bilər

Rusiyanın Müdafiə Komitəsinin üzvü və ehtiyatda olan general Andrey Qurulyov bu dəfə daha da dərinə getmişdir. O, Qərbin Putinlə razılığa gəlmədiyi təqdirdə birbaşa Londonu məhv edəcəklərini qeyd edib.
Onsuz da rus generallarının, məmurlarının, politoloqlarının timsalında müharibə ilə bağlı təhdidlərini daim eşitməkdəyik.
Lakin Andrey Qurulyovun bir az qabağa tullanması, Putinin işğalçılıq siyasətinin genişlənəcəyindən xəbər verə bilər.

Digər tərəfdən, yəqin k, i NATO ölkəsinə hücumun nə ilə nəticələnəcəyindən xəbərləri vardır. Üstəlik də bunların iştahları Böyük Britaniya Krallığından geçirsə…

Daha sonra general qeyd etmişdir ki, onlar Avropanın bütün enerji nöqtələrini məhv edəcəklər və bununla Amerikanın nə edəcəyini gözləyəcəklər.
Fikir versək, Kremlə bağlı olan Andrey Qurulyovun sözləri, Qərbə qışda baş verə biləcək müharibənin başlanmasından xəbər verir.

General söyləmək istəyir ki, əgər müharibə qışa qədər uzanarsa, bu zaman Rusiya Londondan sonra Avropanın böyük şəhərlərini vuracaqdır. Bu zaman isə qoca materikdə fəlakət baş verəcəkdir.
Düzünü desək, bu il Avropa ölkələri enerji problemləri ilə üz-üzə qalmaqdadır. Bu səbəbdən də, yüzlərlə insan enerji çatışmazlığından məhv olur.

Bu gün ehtiyatda olan rusiyalı generalın təhdidindən sonra, Qərb də Qış müharibəsinə hazır olmalıdır. Əks- təqdirdə bu qış əvvəlkilərdən daha soyuq keçə bilər.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın