Rusiyalı ermənipərəst politoloqdan İrəvanda, ermənilərə tərs sillə…

 

Sergey Markedonovu hər kəs tanıyır. Rusiyalı politoloq və hər zaman ermənipərəst mövqeyi ilə seçilən. Qeyd edək ki, 44 günlük Qarabağ müharibəsi zamanı politoloqun mövqeyi hər kəsə bəlli idi, durmadan Azərbaycana qarşı əks təbliğat aparırdı. Hətta, Rusiyanın Azərbaycana qarşı hücum etməli olduğu təkliflərindən birinidə Sergey Markedonov vermişdir.

Necə oldu ki, Sergey Markedonov bu mövqeydən çıxış etdi?.
Ermənistanda rəsmi səfərdə olan rus politoloqlar, jurnalistlər qarşısında bəzi sualları cavablandırmışdırlar. Erməni jurnalistin verdi suala, Markedonov sillə kimi cavab vermişdir.
Erməni jurnalist: 44 günlük müharibədə Türkiyə udub, Bakı Ankaranın “marionetka” sıdır?
Markedonov: Sizin üçün bu belə görsənən bilər, Türkiyə sizə daha böyük düşməndir
Erməni jurnalist: Bəli, Türkiyə orda idi.
Markedonov: Lakin sizinlə döyüşən Azərbaycan əsgəri idi. Sizin Azərbaycana, Türkiyə “marionetka” -sı kimi baxmağınız böyük səhvdir.

Bu sözlərdən sonra qonaqlar və ermənilər arasında sükut baş verdi. Bununlada ermənipərəst Sergey Markedonov ermənilərə açıq şəkildə Azərbaycan ordusunun necə güclü olduğunu bildirdi. Ermənistanın Türkiyə və Azərbaycan qarşı çirkin təbliğatı, öz dəstəkçiləri tərəfindən biyabırçı vəziyyətdə süquta uğradıldı. Bütün dünya bilir ki,  44 günlük Qarabağ müharibəsində Azərbaycan əsgər qanı bahasına torpaqlarını azad etmişdir. Bu bir faktdır!

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın