Rusiyadan Yunanıstana:” Türkiyə bizim üçün çox vacibdir”

 

Bir neçə gün bundan əvvəl Yunanıstanın Baş Naziri Kyriakos Mitsotakis, Rusiyada rəsmi səfər nəticəsində Vladimir Putinlə görüşmüşdür. O, bu səfərin vacibliyini vurğulamış və iki ölkə arasındakı münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulamışdır.

Görüşün gedişatından aydın nəzərə çarpırdı ki, Yunanıstan Baş Nazirinin Rusiya səfərinin hədəfi Türkiyədir. Son vaxtlar rəsmi Ankara və Afina iki NATO ölkəsi olmaqlarına baxmayaraq, qonşuluqları heç də yaxşı keçmir.

Kyriakos Mitsotakisin Vladimir Putinlə görüşündə də, fikir versəniz, ilk sualı belə olmuşdur: “Rusiyanın Türkiyəyə satdığı S-400 lər Yunanıstana təhlükə yaradır”.
Əvəzində isə, Rusiya prezidenti Vladimir Putinin yunan baş nazirə belə cavabı olmuşdur:”S-400 hava müdafiə sistemləri olduğundan, heç bir ölkəyə təhlükə yaratmır. Lakin Amerikanın sizə verdiyi milyardlar dəyərindəki ağır silahlar, Qara Dəniz və Mərkəzi Avropada Rusiyaya qarşı böyük təhlükədir”-, deyə Rusiya prezidenti bildirmişdir.

Beləliklə, Rusiyanın bölgədə daha çox, önəm verdiyinin Türkiyə olduğu Yunanıstan tərəfinə çatdırıldı.

Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun yunan jurnalistə verdiyi cavab da Afinada böyük etirazla qarşılanmışdır. O:”Siz 10 ballıq rəqəmlə Türkiyə və Yunanıstanı hansı sırada görürsünüz, sualına belə cavab vermişdi:” Afina 6, Ankara 7 – cidir”. Bir daha Yunanıstan Baş Naziri Kyriakos Mitsotakis Rusiyadan istədiyi nəticəni ala bilmədiyini büruzə vermiş oldu. O, ölkəsinə geri döndükdən sonra, jurnalistlər qarşısında çıxışı zamanı Putinin onu əliboş göndərdiyini qeyd etdi.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın