Rusiyada xaos başladı, iqtisadiyyat çökür

Ukraynanın işğalına qarşı Qərb dövlətləri birləşərək Rusiyaya sanksiyalar tətbiq etmişlər. Bu sanksiyalar deyə bilərik ki, Rusiyanın bütün hərbisini və iqtisadiyyatını əhatə etməkdədir.

Aldığımız xəbərə görə Rusiyanın bank sistemi çökməyə başlayıb. İnsanlar öz hesablarını banklardan ala bilmirlər.

Digər tərəfdən isə, sürətlə bahalaşmanın olduğunu görürük. Əhali qeyd edir ki, ərzaq və digər məhsullarda 20-30 faiz bahalaşma müşahidə edilir. Deyə bilərik ki, bu gün Rusiyada baş verən bahalaşma getdikcə yüksəlməkdədir. Yaxşı olar ki, yerli xalq bir ay sonranı fikirləşsin. Müqayisə etsək rubl, son bir həftə ərzində öz gücünü xarici valyutaya əsasən 60 faiz itirmişdir. Bu o deməkdir ki, rus iqtisadiyyatı sürətlə çöküşə gedir.

Sanksiyalar Rusiyanın milyarder elitasına da tam təsir gücünü göstərir. Bir neçə oliqarxın xarici vətəndaşlıq pasportu əlindən alınmışdır. Bu gün rus milyarderlərin150 milyarda yaxın pul itirdikləri deyilir. Bir sözlə, Kreml saraylarından üsyan səsləri eşidilməkdədir. Putinin dəstəklədiyi varlı təbəqənin ona qarşı çıxacağı qaçılmazdır. Vəziyyət orta, aşağı təbəqədən çox pis olduğunu görürük.

Daha bir sanksiya xəbəri isə, Rusiyanın xarici valyuta ehtiyatlarına gəldi. İsveçrə rəhbərliyinin məlumatına görə Rusiyaya məxsus 634 milyard dollar dondurulmuşdur. Dondurulmuş valyuta ehtiyatları şimal qonşumuzun büdcəsinin 70 faizin təşkil etməkdədir.
Bu gün rus xalqı və Rusiya Putinin apardığı işğalçı siyasətindən əziyyət çəkməkdədirlər. Vəziyyətin ruslar üçün heç də yaxşı şey vəd etməyini də görürük.
Vəziyyətdən çıxış yolunun isə, rusların öz əlində olduğunu yaxşı bilirik. Bu xalq ya Putinin yaratdığı işğalçı damğası ilə yaşamalı, ya da ki, imperialist kommunistə etiraz edərək taxtdan salmalıdır. Rusiyanın çıxış yolu yalnız və yalnız Putinin prezidentliyinin əlindən alınmasından keçir!!!.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın