Rusiyada vəziyyət “uruscadır”

Rusiyada vəziyyət barədə keçən yazımızda məlumat vermişdik. Lakin məsələnin detalları ortaya çıxdıqca, əsil siyasi mənzərə daha aydın görünür.
Yanvar ayının 26 da Amerikanın yeni seçilmiş prezidenti C. Bayden ilə, V. Putin arasında olan telefon danışığında əsas mövzusu nüvə silahlarının məhdudlaşdırılması barədə növbəti sazişin vaxtının uzadılması ilə bağlı idi.
Lakin, gözlənildiyi kimi, Ukraynanın işğalı və Navalnının azad olunması məsələsində tərəflər arasında ciddi fikir ayrılığı olmuşdur.
Rusiya tərəfi söhbətin işgüzar, praqmatik keçdiyini desə də, Amerika prezidentinin sözçüsü söhbətin sərt olduğunu və C. Baydeninin “özünü saxlaya bilmədiyini” deyib.
Diplomatik dildən adi dilə çevirsək, belə çıxır ki, C Bayden özünü Putini təhqir etməkdən saxlaya bilməyib.
Putinin reaksiyası isə, Navalnının mənzilinə kobud polis basqını və bazar günü Rusiya rejiminə etiraz edən dinc əhaliyə qarşı daha sərt tədbirlər görmək və həbs olunanların sayının artırmaqla olub.
Amerika tərəfi isə aşağıdakı tədbirləri görməyi planlaşdırılır:
– Putinin ətrafında olan oliqarxlara və media qurumlarına qarşı sanksiyalar ( Vladimir Salavyov da bu siyahıya daxildir) tətbiq edilir.


Artıq İngiltərədə Putinin “pul kisəsi” sayılan, əsasən də investisiylarını bu ölkəyə qoyan Əlşir Usmanovun və Abramoviçin bank hesablarının dondurulması xəbərləri gəlir.
– Rusiya bankları, beynəlxalq bank sistemi olan, SWIFT sistemindən çıxarılır.
Bu ən ağır sanksiya sayılır. Belə ki, sistemə 200 ölkədən 11 min maliyyə institutları daxildir. Hələ bir neçə il əvvəl Rusiyaya qarşı bu sistemin tətbiqi gündəliyə gələndə, ruslar beynəlxalq ödəmənin əldə çamadan pulla olacağını bildirib, təşvişə düşmüşdülər. Onu da qeyd edək ki, bu sanksiyanı hələ 2014 cü ildə Avropa Parlamenti Rusiyaya qarşı tətbiq etməyi məsləhət görmüşdü.


– Rusiya bütün beynəlxalq internet şəbəkələrindən, o cümlədən, Tvitter,
FB, Youtub – dan məhrum edilir.
Maraqlıdır ki, V. Medvedev Rusiyanın sanksiyalara hazır olduğunu deyib.
Bəli, Rusiyanı ağır günlər, bizi isə
Qarabağı Şimal qonşumuzun işğalından azad olmaq imkanı gözləyir.


İ. Əliyev hökuməti bunu bacaracaqmı?
Onun bugünkü Rusiya rəhbərliyi qarşısında olan müti davranışı, bağlı qapılar arxasında sövdələşməyə meyilli olması, xalqı birləşdirmək əvəzinə, parçalamağa çalışması, bu illər ərzində korrupsiya və rüşvətxorluğa meyilli olması, islahat yox, islahatları imitasiya eləməsi və s. bizim optimist olmağımıza imkan vermir.
Bəlkə biz birdəfəlik Azərbaycanı işğaldan azad edək?
Millət olaraq biz bu haqda dərindən düşünməliyik.

Şahin Sirvanlı

Bunu paylaş: