Rusiyada Azərbaycan səfirliyi önündə etiraz aksiyası…

 

 

Rusiyada yaşayan soydaşlarımız, Azərbaycanın Rusiyadakı səfirliyi önündə etiraz aksiyası nümayiş etdiriblər. Şikayətin məğzi, Azərbaycan səfirliyinin rusiyada olan vətəndaşlarımıza biganə yanaşması və yaşayış durumu ilə bağlı maraqlanmaması olub. Ümumiyyətlə, Polad Bülbül oğlu başda olmaqla, səfirlik rusiyada yaşayan azərbaycanlı vətəndaşlarının heç bir şikayətini təmin etmir. Bu məsələdə demək olar ki, səfirliklərimiz vətəndaşlarımızla maraqlanmır. Bir müddət əvvəl axh-az. com saytında bu məsələ ilə bağlı məqalə dərc olunmuşdur. Diplomatlarımız dövlət və millətin mənafeyini deyil, öz mənafelərini qorumaqdadırlar.

Aksiya zamanı, adı hələlik məlum olmayan şəxsin halı, qəfildən pisləşərək yerə yıxılıb. Bir müddət sonra isə həmin şəxsin öldüyü bildirilib. İnsanların haqlı narazılığına daha bir sübut olaraq, aksiyada vəfat edən şəxsin meyiti ortada saatlarla qalsa da, səfirlikdən maraqlanan olmayıb. Olay yerinə rus polis əməkdaşları yaxınlaşıb və hadisə ilə bağlı araşdırma başlanılıb.

Azərbaycan xalqına hökumətin verdiyi dəyər daxildə necədirsə, xarici ölkələrdə də eynidir.Prezidentindən tutmuş səfirliyinə qədər bütün məmurların məşğuliyyəti büdcəni talamaqdır.

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: