Rusiya xəbərləri

Rusiyanın internet televiziyası olan Veste TV – nin məlumatına görə, Rusiya prezidenti, Amerikanın yeni seçilmiş prezidenti C. Baydeni prezident vəzifəsinin icrasına başlaması münasibəti ilə təbrik edib və ikitərəfli əlaqələrin yaxşılaşdırılması üçün birgə fəaliyyət göstərməyi təklif edib.
Qarşılığında isə Amerika prezidenti Putindən A. Navalnının azadlığa buraxılmasını, Ukraynanın ərazi bütövlüyünə hörmət etməyi, yəni Kırımdan çıxmağı tələb etmiş və Amerikada keçirilən seçkilərə müdaxilə etdiyi üçün öz narazılığını bildirib. Putinin reaksiyasından məlum olur ki, söhbət çox sərt olub. Belə ki, bundan sonra Rusiyanın güc strukturları Navalnının yaşadığı mənzilə hücum edib, qapını sındıraraq, axtarış aparıb.


Daha bir sərt xəbərdarlıq isə G – 7 – lərin sammitindən gəlib və onlar da Aleksandr Navalnının dərhal azad olunmasını Rusiya hakimiyyətindən tələb ediblər.
Almaniyada isə, A. Navalnının həbsinə görə siyasilər Angela Merkeldən, Rusiyanın Avropaya çəkmək istədiyi, Rusiya üçün həyati əhəmiyyəti olan qaz kəməri ( Şimal axını – 2) – dən imtina etməyə çağırıb.
Rusiya Dövlət Dumasının təyin olunmuş deputatları da Putinin imicinin qaldırılması üçün “orjinal” təklif – yeni 5000 rublun üzərində Putinin şəklini çap etməyi məsləhət görüblər.


Təklifə satirik bloogerlər dərhal reaksiya veriblər. Artıq sosial şəbəkələrdə Putinin yeni malikanəsinin əks olunduğu yeni 5000 rubl yayılıb.
Bu arada, Ukrayna kəşfiyyat orqanlarının Putinin parkinson xəstəliyindən əziyyət çəkdiyi xəbər verilir. Doğrusu, bu xəbər o qədər də inandırıcı görünmür.

Şahin Sirvanlı

Bunu paylaş: