Rusiya XİN-nin bəyanatı tam məntiqsizdir

Rusiya Xarici İşlər naziri maraqlı açıqlama ilə gündəmə gəlmişdir. Kreml Qafqazda sabitliyin qorunmasının üç tərəfli razılaşmalara ciddi riayət etməkdən keçdiyini bildirmişdir.  Məsələ burasındadır ki, Rusiyanın bu sözlərinin kimə aid olduğunu görmək lazımdır.

Görünür,  Rusiya tərəfi bu problemi Ermənistan və Azərbaycan üzərinə atmaq istəyir. Hər zaman olduğu kimi, Kreml problemin başında durduğu halda, özünü günahsız hesab etməkdədir.

Diqqət yetirsək,  üçtərəfli bəyanatın bütün şərtlərinə Azərbaycan tərəfi beynəlxalq hüquq çərcivəsində əməl edir. Rusiya və Ermənistanın götürdüyü öhdəliklər isə hələ də havada qalmaqdadır. Üstəlik də Rusiyanın  “sülhməramlı” adı altında nəzarətdə olan  hərbçilərinin Azərbaycan torpaqlarında ara-sıra atəşkəsin pozulmasına göz yumması, bir daha üç tərəfli bəyanata kimin əməl edib etmədiyindən yaxşı xəbər verir.

Təəssüflər olsun ki, Ermənistan tərəfi hələ də Azərbaycan torpaqlarında öz ordusunu Rusiya sülhməramlıların çətiri altında saxlamaqdadır.
Bilirik ki, Azərbaycan Xankəndi ilə Ermənistan arasında bütün kommunikasiyalara əməl edir. Lakin bizim Naxçıvanla hələ də yolların açılmaması, bir daha üçtərəfli bəyanatın kobud şəkildə ermənilər tərəfindən pozulduğunu  bir daha sübut edir.

Görünür,  Rusiya XİN – bu bəyanatı yayanda yenə də günahı Azərbaycanın üzərinə atmaq istəyir. Sanki Ermənistan – Azərbaycan arasında olan konfliktləri yaradan Kreml deyilmiş.
Sonda qeyd etmək yerinə düşərdi ki, Kreml bu bəyanatı yaymadan ilk öncə öz əməllərini şərh etsəydi yaxşı olardı. Bir daha bildirmək istərdik ki, üçtərəfli bəyanatları pozan elə Rusiya və Ermənistandır. Ən azından iki il ərzində bölgədə kimin əli ilə, hansı təxribatlar olduğu aydın görünür.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın