Rusiya və Qərb arasında “non-qrata” qalmaqalı

 

Amerika və Rusiya soyuq müharibənin pik həddinə doğru irəliləyir. Bir müddətdir ki, Qara dənizdə və digər bölgələrdə Qərblə Rusiyanın siyasi toqquşmaları baş tutmaqdadır. Avropa dövlətlərinin bəziləri öz ölkələrində rus diplomatlarını “non-qrata” elan etməklə, Kremlə hücuma başladıqlarını açıq şəkildə bildirmiş oldular. Aprel ayının 15 – də Polşa 3 rus diplomatının ölkədən çıxmasını tələb etmişdir.


Bu məsələ ilə bağlı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Qərbə adekvat cavab verəcəklərini söylədi. Çox keçmədi ki, Rusiya ölkədə 10 amerikalı diplomatı “non-qrata” elan etdi. Bundan sonra isə rəsmi Moskva, Ukraynadan işğal etdiyi Krım yarımadası və Rusiyanı birləşdirən “Kerç” boğazını bağlamaqla hədələdi. Qəbrlə Rusiyanın əlaqələri, gündən – günə daha da aqressivləşməyə doğru getməkdədir.
Rusiyanın Kerç boğazındakı addımı Ukrayna rərəfindən cavablandırılmışdır. Rəsmi Kiyevin sözlərinə görə Rusiya tək quruda deyil, həm də dənizdə işğalçı siyasəti yürütməkdədir.

Rusiya: 13 ABŞ və Polşa diplomatı qovuldu və 1 Ukrayna diplomatı nəzarətə alındı .              ABŞ: 10 rus diplomatı qovdu
Polşa: 3 rus diplomatı qovdu
Çexiya: 18 rus diplomatı qovdu
Ukrayna: Rus diplomatlara Kiyevi tərk etmək üçün 72 saat vaxt verdi.

Mikayıl Əsədov.

Bunu paylaş: