Rusiya və Avropa arasındakı sanksiya müharibəsi davam edir

 

Rusiya Ukrayna ərazilərini işğalda saxlamaqla, vəziyyəti getdikcə ağırlaşır. Bütün dünyada hər bir cəmiyyət Kremlin aqressiv siyasətindən təngə gəlmişdir. Son vaxtlar Qara dəniz bölgəsində gərginliyin son həddə çatması, rəsmi Moskva üçün gələcəkdə yaxşı şeylər vəd etmir.
Amerikadan sonra Avropa Parlamenti də Rusiyaya qarşı sanksiyalar qəbul etmişdir. AP – nin qəbul etdiyi sanksiyalar demək olar ki, Rusiya ilə Qərbin əlaqələrinin kəsilməsi deməkdir.


AP – nin sanksiya paketi, şimal qonşumuzun siyasi etikasına birbaşa təsir etmişdir.
Daha bir sanksiya Rusiya şirkətlərinin Avropada fəaliyyəti barəsindədir. Yəni Avropa ölkələrində fəaliyyət göstərən rus şirkətlərinin işləri dondurulacaqdır.
Bu sanksiyalar Kreml üçün böyük bir zərbədir. Diplomatik, iqtisadi, ekonomik və. s kimi problemlər rəsmi Moskvanı zəiflətməyə başlayacaqdır. Bu məsələdə Kremlin əlində siyasi bir silah olmadığından acizlik nümayiş etdirir.

Rusiyanın cavabı isə sadəcə Avropa Parlamentinin 8 üzvünə qoyulan qadağadır. Bunlar arasında Avropa Parlamentinin sədri David Mariya Sassoli və Berlin şəhər prokuroru Yorq Raupaxın da vardır. Bu məsələdə Putinin yürütdüyü siyasət nəticəsində zərbə, onun ətrafı və ölkəsinə dəyməkdədir.
Brüssel: “Moskva Ukrayna məsələsində dialoq yolunu seçəcəyi zaman,ancaq o zaman AP sanksiyaların durduracadır.”

Mikayıl Əsədov.

Bunu paylaş: