Rusiya Ukraynaya qarşı “genosid” də ittiham oluna bilər

Hörmətli oxucular, Rusiyanın Ukraynaya təcavüzü davam etməkdədir. Müharibə ilə bağlı bir neçə dövlət səviyyəsində görüşlər keçirilsə də, hələlik bir nəticə əldə olunmamışdır. Putin isə, vəziyyətin çətinləşdiyini başa düşür və planlar onun hesabladığı kimi getmir. Təbii, Rusiya imperatoruna bu gediş psixoloji təsir etdiyindən daha da aqressivləşməyə başlayır.

Ukrayna mətbuatının verdiyi məlumata görə, döyüşlərin başlandığı gündən bu günə kimi minlərlə dinc sakin rusların təcavüzü zamanı həlak olmuş, yüzlərlə insan itkin düşmüşdür.
Bu da azmış kimi, Rusiyanın işğal etdiyi Ukrayna şəhərlərində milyonlarla insan blokadada qalmış və yaxud əsir alınmışdır.

Müharibənin başlandığı vaxtdan bu günə kimi, Ukrayna prezidenti Vladimir Zelenski bütün dünyaya cağırış edərək, Rusiya terroruna qarşı bir olmağa səslənmişdir. Fikir versəniz, Zelenski hər çıxışında Rusiyanın vəhşiliyini ictimaiyyətə çatdırmaqdadır. Putin getdikcə daha amansız olur və rus ordusu uşaq bağçalarına, doğum evlərinə, bir sözlə, mülki günahsız insanlara atəş açmaqda davam edir.

Bir neçə gündür ki, sosial şəbəkələrdə Ukrayna mülki vətəndaşlarının kütləvi şəkildə basdırılmasının videoları yayılmaqdadır. Artıq morqlarda yer olmadığından insanlar, bu şəkildə dəfn olunur. Bir neçə gündür ki, bu kadrlar dünyanı çalxalamağa başlamışdır.

Açıq görünür ki, Putin və onun qəssab ordusu Ukrayna xalqına qarşı “genosid” törətməyə başlayıb. Rusları almanlar, Putini Hitler kimi tale gözləməkdədir. Yaxın gələcəkdə Rusiya Ukrayna genosidinə qarşı cavab verə bilər. Ən azından Putin olmasa da, Rusiya bunun bədəlini ödəyəçəkdir. Hələ ki, gec deyil, ruslar papaqlarını qabaqlarına qoyub fikirləşməlidirlər. Gələcəkdə isə çox gec olacaqdır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın