Rusiya, Ukraynada aranı yenidən qızışdırır

 

Aldığımız xəbərə əsasən, Ukraynanın şərqində döyüşlər başlamışdır. Bəzi məlumatlara əsasən, Donbas vilayətindəki rusyönlü separatçı qüvvələr Ukrayna ordusuna hücumlar etmişlər. Nəticədə çoxlu sayda hərbçi həlak olmuşdur. Hələlik ölən hərbçilərin sayı barəsində heç bir məlumat verilməmişdir. Rusiya Ukraynanın Krım və Donbas bölgələrini işğal etdikdən sonra, mütəmadi olaraq həmin yerlərdə aranı qızışdırır.

Lakin Rusiyanın budəfəki həmləsi cavabsız qalmayacaqdır. Ukrayna dövləti keçən ilin sonlarında Türkiyədən aldığı Pilotsuz Uçuş Aparatlarını artıq havaya qaldırmalı olacaqdır. Bayraktar PUA-ları sonuncu Qarabağ müharibəsində nəyə qadir olduğunu göstərmişdir. Ukraynanın aldığı Bayraktar TB 2-lər daha müasirliyi ilə seçilir. Qarabağ müharibəsində rus hərbi texnikalarının Türkiyə PUA-nın qarşısında aciz qaldığının bütün dünya şahidi oldu. Putinin Ukraynaya bu hücumunun cavabsız qalmayacağına əmin ola bilərsiniz.

Rusiya bununla səhvə yol verdiyini anlayanda gec olacaqdır. Amerika və NATO Ukraynanı illərdir ki, müassir silahlarla təmin edir. Digər tərəfdə isə Türkiyə, Ukraynanın ordu qurulucuğunda mühim yer tutmaqdadır. Sadəcə bir neçə Bayraktar Ukraynanın ərazilərini işğaldan azad edəcəkdir.
Son toqquşma barəsində isə, Ukrayna tərəfi hələlik rəsmi məlumatla çıxış etməmişdir.

Mikayıl Əsədov.

Bunu paylaş: