Rusiya təyyarələrinin müammalı qəzası

 

Hörmətli oxucular, bildiyiniz kimi Rusiyanın silah bazarı dünyada liderlərdən biri sayılmaqdadır. Son Qarabağ döyüşləri isə Rusiya texnikasının nə qədər keyfiyyətsiz olduğunu göstərdi. Türkiyə və NATO istehsalı silahların Rusiya silahlarından nə qədər üstün olduğu göz qabağındadır.

İndi isə son vaxtlar Rusiya istehsalı silahlardan söhbət açmaq istərdik.

Aldığımız xəbərə görə, son bir ay ərzində Rusiya istehsalı olan hərbi təyyarələr müəmmalı şəkildə qəzaya uğramaqdadır. Hava radar sistemi üçün nəzərdə tutulan “Anfibiya”təyyarəsi, “Su – 24,” “Miq-29” və s kimi təyyarələr bu yaxınlarda qəzaya uğramışdır və nəticədə bütün təyyarələrin ekipaj üzvü həlak olmuşdur.

İlk olaraq insanın ağlına, təyyarələrin köhnə olması gəlsə də, lakin bu düşüncə (hərbi cəhətdən baxsaq) 20 faiz təşkil etməkdədir. Əgər təyyarədə qəza vəziyyəti yaranıbsa, niyə pilotların “katapulka” sistemi işə düşməyib.

İkinci fikir isə Amerika, Çin, Türkiyədə olan elektro-maqnit və lazer sistemləridir. Aldığımız xəbərə görə isə həmin sistemlər peyk vasitəsi ilə idarə olunan sistemləridir. Yəni Rusiyanın hərbi təyyarələrinə müdaxilə edilə bilər. Rus kanallarının birində verilən məlumatda deyilir ki, “Qara Qutu” vasitəsi ilə pilotların mərkəzə verdiyi son söz isə elektron sistemin idarəetmədən çıxması olmuşdur. Bir nümunə kimi bir neçə ay bundan əvvəl, Türkiyənin Ukraynaya satdığı “Bayraktar” PUA-larında buna oxşar halın şahidi olduq. Həmin vaxt Ukrayna Rusiya tərəfindən işğal olunmuş Krıma göndərdiyi “Bayraktar”lar butün hərbi texnikanın elektron sistemini sıradan çıxarmışdı. Analoji halı yunan gəmilərində görmüşdük.
Son vaxtlar Rusiyanın hərbi təyyarələrinin qəzaya uğramasının səbəbi hələ ki, müəmmalı olaraq qalır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın