Rusiya təxribatlar törədərək ordusunu Azərbaycan ərazisində saxlamaq istəyir?

 

44 günlük müharibədən sonra Azərbaycan Ermənistan arasında vəziyyət gərgin olaraq qalmaqdadır. Son vaxtlar Naxçıvan və Kəlbəcər istiqamətində Ermənistanın yaratdığı təxribatlardan hər kəsin xəbəri vardır. Artıq bir neçə gündür ki, atəşkəsin pozulmasını Dağlıq Qarabağda Rusiya “sülhməramlılar” ının nəzarətində olduğu yerlərdə müşahidə edirik. Xankəndi, Xocəvən, Xocalı istiqamətində Moskva tərəfindən Ermənistandan gətirilən hərbçilər Azərbaycan əsgərlərinin mövqelərini atəşə tutmaqdadırlar.

Bəs niyə 10 noyabr üçtərəfli bəyannaməyə əməl edilmir?.

İstər Azərbaycan – Ermənistan, istərsə də Rusiya sülhməramlılarıın olduğu yerlərdə atəşkəsin pozulması, rəsmi İrəvanın istəyi ilə yox, Kremlin istəyi ilə baş tutmaqdadır.
Söhbət burda 10 noyabr bəyannaməsindəki bir bəndddən gedir. Həmin bənddə: “5 ildən sonra istənilən bir tərəfin istəyi ilə rus ordusunun Qarabağdan çıxardılması baş tuta bilər”,- sözündən gedir. Təxminən 10 noyabr bəyannaməsindən 10 ay keçsə də, Ermənistan və Azərbaycanın rus sülhməramlılarının fəaliyyətindən narazı olduğunu görə BİLƏRİK. Rusların fəaliyyətindən daha çox isə Azərbaycanın narazı olduğunu deyə bilərik. Ermənistan isə tam olaraq Rusiyadan asılı olduğundan, Moskvanın bu mövqeyi ilə barışmaqdadır.

Təxminən rus ordusunun Azərbaycan torpaqlarından çıxarılması üçün 4 il vaxt qalmışdır. Bu səbəbdən Rusiya əlindən gələn təxribatları edəcək ki, Azərbaycan torpaqlarında həmişəlik qalsın.
Fikir verdinizsə, bir müddət əvvəl Rusiyanın Liberal Demokratik Partiyasının rəhbəri Vladimir Jirinovski də bu barədə açıq şəkildə bildirmişdir. O, İlham Əliyevi Kremlə çağırıb, təkbətək ona bu barədə xəbərdarlıq edilməsini qeyd etmişdi. Hələlik isə 4 il müddətinə Azərbaycan torpaqlarında rusların nazını çəkməliyik. Bu da İlham Əliyevin, oğrunu öz əlimizlə evimizin içinə buraxmaq siyasətidir. Rusiyanın istəyi isə 5 yox, 5 əsr Azərbaycanda qalmaqdır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın