Rusiya Türkiyəni niyə Dağlıq Qarabağda istəmir.

 


Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsi ilə bağlı akəşkəs rejimini izləmək üçün müştərək bir Türkiyə və Rusiya müşahidə mərkəzi açılış mərasimindən sonra 30 yanvar tarixində yüksək səviyyəli müdafiə səlahiyyətliləri iştirak edərək fəaliyyətə başladılar.Türkiyə Müdafiə naziri 29 yanvarda Mərkəzdə bir türk generalı və 38 personalın yerləşəcəyini açıqladı.Türk rəsmiləri artıq müşahidə mərkəzinin altı həftəlik münaqişənin alovlanması zamanı işğaldan azad edilmiş Ağdamda yerləşəcəyini bildirmişdilər. Atəşkəs rejiminin izlənməsi pilotsuz təyyarələr vasitəsi ilə olacaq… Akar ,Müdafiə Nazirliyinin saytında yayılan açıqlamasında :”Fəaliyyətlərimiz Türk-Rus ortaq mərkəzinin işi ilə daha da güclənəcək və azərbaycanlı qardaşlarımızın hüquqlarının yerinə yetirəcəyik “,- dedi.Noyabr ayında Moskvanın separatçı Dağlıq Qarabağ bölgəsi ilə əlaqədar Ermənistan və Azərbaycan arasında şiddətli döyüşlərə son qoyan atəşkəs razılaşmasının ardınca Türkiyə və Rusiya ortaq mərkəzi qurmağı qəbul etdilər.Türkiyə münaqişədə Azərbaycanin böyük dəstəkçisi idi.Türkiyə general-mayoru və Rusiya general- mayoru öz kontingentlərinə komandanlıq edəcəyini bildirdilər.Ağdam vilayətinin əsas yaşayış yeri, 1993 – cü ildə Birinci Qarabağ Müharibəsində erməni qüvvələri tərəfindən ələ keçirildikdən sonra bir xəyal səhərinə çevrildi.Birgə mərkəzin yeri , Azərbaycan prezidenti tərəfindən ATƏT -in Minsk qrupunun vasitəçilik üzrə Fransa ,Amerika və Rusiya həmsədrləri ilə görüşdə açıqlanmışdır.Prezident həmçininTürkiyə Müdafiə Nazirliyinin müsahidə dronlarından istifadə etmək üçün qurulan mərkəzin inşası işləri davam etdiyini, lakin yerini müəyyənləşdirilmədiyini də əlavə etdi.Türkiyənin bu obyektə 30- 50 hərbi müsahidəçisi yerləşdirəcəyini gözləyirdi.Təxminən 2000 rus sülhməramlısı da cəbhə bölgələri boyunca və Dağlıq Qarabağı Ermənistanla birləşdirən quru əlaqəsini qorumaq üçün yerləşdirilmişdir.Rusiya və Türkiyə tərəflərinin birlikdə təmsil olunan Mərkəzin heyəti,vəziyyəti izləmək, akəşkəsə və bütün döyüş əməliyyətlarına insansız hava vasitələrindən istifadə etməklə nəzarət edəcəklər.


Azərbaycan Müdafiə Nazirliyi bildirir ki,  monitorinq mərkəzinin ümumi sahəsi təxminən dörd hektardır.Ərazidə bütün lazımi avadanlıqlarla təmin olunmuş 65 modul ofis binası və yaşayış sahəsi var.Mərkəzdə brifinq otağı, 100 yeməkxanası bir tibb məntəqəsi , atelye və mağaza var.Mərkəzin ərazisi hasara alınıb; dörd gözətçi qülləsi,gecə-gündüz təhlükəsizlik daxildir.Türkiyə- Rusiya ortaq monitorinq mərkəzinin qorunması Azərbaycan ordusu tərəfindən həyata keçiriləcəkdir. Medvedyev ,Dağlıq Qarabağdakı vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı Azərbaycanda xüsusi Rusiya-Türkiyə monitorinq mərkəzinin yaradılmasına fikir bildirib: “Bunu bəzi uzunmüddətli siyasətin bir elementi olaraq qiymətləndirməzdim və ya burada sui- qəsd nəzəriyyələrindən birini qurmazdım.Sadəcə, bölgəmizdə mövcud olan rəallıqları nəzərə almalıyıq”. Bu çıxış analitiklər arasında müzakirələr yaratdı.2016- cı il Aprel müharibəsindən sonra Rusiyanın bu gün bölgədəki rolu , sülhməramlıların olması, (Rusiyanın Dağlıq Qarabağ üzərində uzunmüddətli idarəetmə tarixinə baxılsa ) Dağlıq Qarabağin imtiyazlı bir Rusiya maraq dairəsi olacağı düşüncəsi yaradır.Rusiya həm Azərbaycana, həm də Ermənistana silah tədarükçüsüdür. Rusiya eyni zamanda , Moskvanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Ermənistanın üzv olduğu Avrasiya iqtisadi Birliyi vasitəsi ilə Ermənistanla sıx əməkdaşlıq edir.Müharibədən əvvəl, Moskva rəsmi olaraq bölgədə sülhməramlıların olmasında maraqlı olduğunu deməsə də, bir Rusiya rəsmisi qeyri – rəsmi olaraq: “Əlbəttə ki, sülhməramlı göndərmək bizim marağımızdadır və biz bunu davam etdiririk” ,- dedi.Avropa Birliyi uzun muddətdir ki, hər iki cəmiyyətdə sülh tərəfdarları söyləmələrini izləməkdədir. Türk qoşunlarının Qarabağdakı vəziyyətə nəzarət edən bir mərkəzdə olması Ermənistan və Rusiya üçün çox həssas durumdur.


Erməni siyasətçilər illərdir ki, (Türkiyə 1992 – ci ildən bəri ATƏT- in Minsk Qrupunun üzvü olsa da) Qarabağ münaqişəsinin həll prosesində Türkiyəyə rol vetməyəcəklərinə and içmişdilər. Medvedyevin açiqlamasi Ermənistanda müsbət qarşılanmaqla bərabər, Ermənistan Milli Məclisinin Müdafiə və Təhlükəsizlik Daimi Komitəsinin sədri Andranik Köcəryan Azərbaycan – Türkiyə əməkdaşlığının əsl təhlükə olmadığını bildirdi. Mövcud reallıqlar elədir ki, təhlükəsizlik sistemi və Rusiyanin silahlı qüvvələrinin mövcudluğu bu bəyanatların reallığına imkan verməyəcək. Görünən budur ki, Rusiyanın bölgədəki siyasəti qarşıdakı müddətdə yeni suallar yaradacaq.

Bunu paylaş: