Rusiya Qarabağda istədiyini edir

 

 

Hörmətli oxucular, 44 günlük müharibədə sonra Qarabağda demək olar ki, dəyişən bir şey yoxdur. Üçtərəfli bəyanatın vacib olan üç bəndi hələlik icra edilməmişdir. İlham Əliyev isə rus sülhməramlılarını Qarabağa gətirdiyi zamandan, hər şey yenidən dondurulmuş kimi qaldı. Bəyanatın əsas bəndləri: qaçqınların geri qayıtması (Xankəndi, Xocalı, Xocavənd, Ağdərə ərazilərinə), Zəngəzur dəhlizinin acılması, Ermənistan qoşunlarının Qarabağdan çıxarılması baş vermədi. Hətta biz qalib kimi məğlub Ermənistandan mina xəritələrini almağımızda da çətinlik çəkirik. Əgər bu vəziyyət dəyişməyəcəkdisə, niyə rus işğalçıları sülhməramlı adı altında Qarabağa daxil oldu?. Azərbaycan tərəfə aktivlik göstərməyən rus sülhməramlıları, ermənilərə, hətta yarış təşkil etməyə də çəkinmədilər.

 

Rusiya ordusu Qarabağda aktiv olaraq, ordakı ermənilərin hər bir ehtiyaclarını təmin edir. Niyə bu vəziyyətə Azərbaycan hakimiyyəti susur?. Rusiyaya qarşı səslərini çıxarmamaq İlham Əliyevin hakimiyyətinin çoxdankı işidir. Hətta ara-sıra Ermənistanın yüksək rütbəli məmurları Xankəndinə rəsmi səfər belə gerçəkləşdirirlər. Çox istərdim ki, Azərbaycanın prezidenti İlham Əliyevə bir sual verim: — Niyə biz Xankəndinə Şuşadan baxmalıyıq?.

 

Rusiya Bakının icazəsi olmadan Qarabağda istədiyini edir. Yaxşı olar ki, Qarabağda Azərbaycana aid bəndlər icra edilsin və Rusiya işğalçıları Azərbaycan torpaqlarından rədd olsun. Görünür, xalqın buna gücü çatsa da, İlham Əliyevin bu məsələni həll etməyə nə gücü, nə də ki, siyasi iradəsi yoxdur. Bu üzdən Rusiya Qarabağda istədiyini edir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın