Rusiya Qərb Yəhudilərini niyə hədəfə alıb?

Rusiyanın Ukraynadakı işğalçılıq siyasəti millətlər arası kofiliktə keçməkdədir. Son vaxtlar Rusiya və Qərbmeyilli Yəhudilər arasında müharibə güclənməkdədir. Qeyd edə bilərik ki, Vladimir Putin və Vladimir Zelenski də yəhudi kökənlidir.

İlk hücum Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovdan gəldi. O, çıxışların birində Zelenskini Hitlerlə bərabər tutaraq Yəhudi icmasına söz atdı.
İkinci hücum isə, XİN-nin mətbuat katibi Maria Zaxarovadan gəldi. O, İsrail əsgərlərinin ukraynalı döyüşçülərlə birgə Rusiyaya qarşı döyüşdüyünü söylədi. Zaxarova daha sonra İsraildən gələn peşəkarların Ukrayna ordusuna dərs keçdiyini dilə gətirdi. Yəqin mətbuat katibi “MOSSAD” – ın rəsmi Kiyevlə əlaqəsini nəzərdə tutmaqdadır.
Bir sözlə, Avrasiya və Qərb Yəhudiləri arasında narazılığın başlamasında kimlərinsə maraqlı olduğu sirr deyil.

Az keçmədi ki, İsrailin baş Ravvini Berl Lazar Rusiya Xarici İşlər Nazirinə və onun nazirliyindən gələn sözlərə öz etirazını bildirdi.

Haham bununla Sergey Lavrovun Yəhudi xalqından üzr istəməsini tələb etdi. Berl Lazar qeyd edib ki, diplomatiya və siyasəti millətlərin şəxsiyyətinə yönəltmək olmaz. Yaxşı olar ki, başqa diplomatik və siyasi yol seçsinlər. Ravvin bir daha onun xalqına qarşı Rusiya XİN – dən verilən açıqlamalara görə, Putin hökumətindən cavab gözlədiyini bildirdi. O, bu sözlərin millətlər arası problemə gətirib çıxaracağını da qeyd etdi.

Xatırladaq ki, Sergey Lavrov yahudi icmasından üzür istədiyi qeyd olunur.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın