Rusiya Paşinyana tələ hazırlayır

Artıq bir neçə gündür ki, Ermənistanda mitinqlər davam edir. Müxalifət qüvvələri baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Müxalifətçilər Paşinyanın sarayın mühasirəyə alıblar. Qəzəbli kütlə İrəvanın mərkəzinə döğru irəliləyir.

Rusiya isə daxildə Paşinyana satqın obrazı yartmağa başlamışdır. Bu arada rusmeyilli agentlər birləşərək Paşinyana qarşı çıxışlar edirlər. Artıq mitinq iştirakçıları arasında 50 nəfərdən çox saxlanılan var. Müxalifət liderləri Paşinyanın istefaya getməsi üçün 3 gün vaxt veriblər. Rusiya bu gün B planına keçərək keçmiş prezident Köçəryanın adamlarını hakimiyyətə gətirməyə hazırlaşır. Əgər Paşinyan istefaya getməsə Ermənistanda vətəndaş müharibəsi baş verə bilər. Bu da Ermənistan dövlətinin gələcəyini sual altın saxlaya bilər.Belə olduğu halda Nikol Rusiyadan tam üz döndərəcəkdir. Paşinyan tərəfdarları isə rus bazalarının Ermənistandan çıxmasını tələb edəcəklər. Bu vəziyyət baş tutsa, Rusiya Ermənistanı tam itirəcəkdir.

Əliəşrəf Məmmədov.

 

Bunu paylaş: