Rusiya NATO – ya xəbərdarlıq etdi

Son vaxtlar NATO və Rusiya arasında gərginlik səngimək bilmir. Rusiya tərəfinin verdiyi məlumata görə NATO qüvvələri bir neçə istiqamətdə ordusunu irəli çəkmişdir. Bəzi yerlərdə dəniz donanmaları və hava qoşunları Rusiyanın sərhəddinə yaxınlaşmışlar. Rusiya tərəfi NATO-ya açıq şəkildə etirazını bildirmişdir. Bəzi məlumatlara görə, Böyük Britaniyanın hərbi döyüş təyyarələri bir neçə gün əvvəl Rusiya hava sərhəddinə daxil olaraq orada kəşffiyyat aparmışlar. NATO tərəfi isə bu ittihamı qəbul etmir və rusları təxribat törətməkdə günahlandırır.Əksinə, onlar iddia edirlər ki, bir müddət əvvəl rus hərbi hava qüvvələri NATO üzvü olan Finlandiyanın hava sərhəddini pozmuşdur. Belə gedişat NATO və Rusiyanın arasında müharibə ehtimalını artırır.

Mikayıl Əsədov.

Bunu paylaş: