Rusiya Krıma görə, Türkiyəyə təzyiq edərək, qondarma DQR-nın adını hallandırır?

 

Bir neçə gündür ki, Rusiya həm dövlət, həm də ki, ictimaiyyət səviyyəsində Azərbaycana qarşı hücuma keçmişdir. Rusiya Müdafiə Nazirliyi və aparıcı televiziya kanalları vasitəsi ilə yenidən qondarma Dağlıq Qarabağ Respublikasının adını hallandırmaqdadır. Bu təxribata qarşı isə Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya etiraz məktubu -“NOTA” göndərmişdir.

Niyə Rusiya yenidən Azərbaycana qarşı təxribata əl atmaqdadır?.

Rusiyanın Azərbaycana qarşı hücumunun səbəbi, Türkiyənin “Krım Platforması” nda verdiyi bəyanatdır. Türkiyə tərəfi Ukraynanın suverenliyini tam dəstəklədiyini və Krımın Ukrayna ərazisi olduğunu qeyd etmişdir. Türkiyənin bu çıxışından dərhal sonra Rusiya tərəfi XİN səviyyəsində etiraz etmişdir. Hətta Sergey Lavrov Türkiyənin bütün mövqeləri ilə razılaşdıqlarını, yalnız Krım mövqeyi ilə razılaşmadıqlarını vurğulamışdır. Bu gün isə Kreml Türkiyənin əvəzini Azərbaycandan çıxmaqdadır. “Krım Platforması” – ndan sonra ruslar Qondarma DQR – nın adını hallandırmağa başlamışlar.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın