Rusiya işğal etdiyi Ukrayna ərazilərinin müstəqilliyini tanıdı. İlham Əliyev isə, çətin vəziyyətdə

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi elçisi Teyvo Klaaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüş zamanı Aİ və Azərbaycan arasında inkişaf, bölgədə vəziyyət, Ermənistan – Azərbaycan münasibətləri müzakirə edilmişdir. Təbii ki, bu çıxışların standart və şablon olduğunu görmək bir o, qədər də çətin deyil.

Bilirik ki, Aİ-nın ölkəmizlə əməkdaşlığı əsasən, enerji sahəsində baş tutmaqdadır. Bu tendensiya illərdir ki, davam edir.. Digər məsələlər isə, İlham Əliyevin daxildə qurduğu siyasətlə bağlıdır. Bu səbəbdən dünya və Avropa təşkilatları bizə tam dəstək vermir.

Teyvo Klaaarın Azərbaycana təcili səfərinin əsas məqsədi nədir?
İlham Əliyev Avropaya dəstək verəcəkmi?.

Bu gün dünyada Rusiya işğalçı siyasət yürütməklə, Qərb tərəfindən sanksiyalarla üzləşməkdədir. Avropa Ukraynanın işğalı ilə barışmayaraq Rusiyadan aldığı təbii qazdan imtina etmək istəyir. Avropanın qaz təminatçısı rolunu isə, Azərbaycan oynaya bilər. Lakin buna Putinin cavabı necə olacaqdır?.
Azərbaycanın dirəniş nöqtəsi Rusiya olduğudan Qərb buna əmin olmalıdır. İlham Əliyevin isə Rusiyaya səfəri başlamışdır. Bu zaman Putin Əliyevə qarşı bütün təzyiq elementlərindən istifadə edə bilər. Kremlin məqsədi isə, Azərbaycanın Avropaya qaz satışının həcminin artırılmasının qarşısını almaqdır.
Vladimir Putin İlham Əliyevlə görüşdə Qarabağ kartından da istifadə edə bilər.

Beləliklə, Tayvo Klaaarın İlham Əliyevlə görüşü buna əsas verir ki, Aİ təhlükəsiz şəkildə rəsmi Bakıdan enerji dəstəyi almaq istəyir. Yəni Ukrayna və Rusiya arasında müharibə başladığı halda, Qərb ölkələrinin Azərbaycan vasitəsilə enerji tələbatı təmin edilsin.
Hər şey İlham Əliyevin Rusiya səfərindən sonra aydın olacaqdır.
Əgər Qərb Rusiya qazına sanksiyalar tətbiq etsə, deməli, Bakı və Aİ razılığa gəlmiş olur, yox, əksinə, İlham Əliyev bundan imtina etsə, deməli Putinin hər şeyə müdaxilə etdiyi aydın olur.

Digər tərəfdən isə, Moskva Bakı vasitəsi ilə Ukrayna məsələsinə görə Türkiyədən nəsə xahiş edə bilər. Söhbət Türkiyənin Ukraynaya satdığı Pilotsuz Uçuş Aparatlarından gedir.

Artıq Rusiya, Putinin imzası ilə işğal etdikləri Ukrayna ərazilərinin müstəqilliyini tanıdı. Ən qorxulu məqam isə, Putin Qarabağa kartından istifadə edərək İlham Əliyevə işğal etdiyi Ukrayna ərazisinin müstəqilliyini tanıda bilər. Bu səbəbdən vitse-prezidenti Mehriban Əliyevada rəsmi səfərə dəvət almışdır. Görünür İlham Əliyevin qərarlarına müdaxilə edən yeganə şəxs Mehriban Əliyevadır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın