Rusiya Gürcüstanın Avropaya inteqrasiyasının qarşısını aldı

Bir necə gün bundan əvvəl Avropa Birliyinin Ukrayna və Moldovaya müşahidəçi statusu verməsi Gürcüstanın narazılığına səbəb olmuşdur. Əslində bu birliyə ilk olaraq Gürcüstan daxil edilmişdir. Lakin sabiq prezident Mixail Saakaşvilinin həbsi və qonşu ölkənin əsas fiqurlarından olan Bidzina İvanişvillinin Rusiya meyilli olması, indiki hakimiyyətin isə, son zamanlar Avropa Birliyi ilə soyuqluğu gürcülərin Qərbə inteqrasiyasına böyük təsir etmişdir.

Görünür, Rusiya illər ərzində rəsmi Tiflisi nəzarətə götürə bilmişdir. Düzdür, üzdə düşmən sayılsalar da, gizli olaraq Kremllə münasibətlərin olması istisna deyildir.
Bir neçə gündür ki, Gürcüstanda hökumətin yürütdüyü siyasətə qarşı kütləvi etiraz aksiyası keçirilməkdədir. Etirazçıların tələbi isə, indiki Baş Nazir İrakli Qaribaşvillinin istefasıdır.

Qərb və Rusiya qonşuda baş verən prosedurları izləməkdədir.
Qaribaşvillinin ilk yanlış addımı Saakaşvilini həbs etmək və daha sonra Avropa Birliyinin maliyyə dəstəyindən imtina etmək oldu.
Digər tərəfdən, bir neçə gün əvvəl Tiflis küçələrində iştirak edən LGBT üzvlərinin döyülməsi Gürcüstanı Qərbdən bir qədər də uzaqlaşdırmış oldu.

Hələlik qonşu ölkədə baş verən proseslər Rusiyanın ürəyincədir. Məsələ burasındadır ki, Kreml əlindən gələn hər şeyi edəcək ki, gürcülər Qərbə inteqrasiya etməsin.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın