Rusiya Ermənistana qarşı əks hücuma keçdi

 

Sonuncu Qarabağ döyüşlərində məğlub olan Ermənistanda ara sakitləşmək bilmir. Rusiya adamlarının indiki Baş Nazir Nikol Paşinyan qarşı çıxması daxildə vəziyyəti daha da gərginləşdirmişdi. Paşinyanın məqsədi Rusiyadan canını qurtarıb, Türkiyə və Azərbaycanla əməkdaşlıq edərək, Qərbə inteqrasiya etməkdir. Sonuncu Qarabağ müharibəsindən əvvəl erməni xalqı Rusiyanı özünə ən yaxın dost bildiyi halda, müharibədən sonra ermənilərin fikirləri ruslara qarşı dəyişməyə başlamışdır. Artıq İravanın küçələrində:”Rusiya rədd ol, Ermənistan azadlıq istəyir”,- kimi şuralar səslənməkdədir. Hətta narazılıqlar məmurlar arasında da açıq səkildə hiss olunmaqdadır. Rusiya tərəfi isə ermənilərin narazılığına belə cavab vermişdir


“Rusiyanın Ermənistana borcu yoxdur”.
Artıq qəzəbli kütlə bu vəziyyətə düşmələrinin səbəbinin Kremlin olduğunu söyləyir.
Sanki Ermənistana qarşı Rusiya bütün şanslarını yoxlamış kimi görünməkdədir. Putin əvvəlcə Köçəryan, sonra indiki müxalifət, daha sonra Sarkisyan, sonda isə orduda olan yüksək rütbəli zabitlərlərlə Paşinyana qarşı hücum etsə də məğlubiyyətə uğramışdır.

Demək olar ki, Kremlin İrəvan üzərindəki dominantlığı öz təsirini itirməkdədir. Səbəb – Paşinyanın yanında erməni xalqının olması, Putinin bütün planların alt – üst etmişdir.
Rusiyanın LDP-nın lideri Vladimr Jirinovski Ermənistana daha sərt xəbərdarlıq etmişdi. Jirinoviskinin sözlərinə görə Gürcüstandan keçməklə Ermənistanı, Ukraynadan keçməklə Moldovanı, Qazaxıstandan keçməklə Özbəkistanı Rusiyaya birləşdirmək lazımdır. Jirinovski erməni milliyyətçilərinə də açıq mesaj göndərmişdir. LDP-nın lideri: “Biz yartdıq, biz qoruduq, biz də dağıdarıq”,- söyləməklə Ermənistana mesaj göndərmiş oldu.

Daha bir xəbər isə Ermənistanın Baş Naziri Nikol Paşinyandan gəldi. Paşinyan iyun ayının 20 – də Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə ictimaiyyətə məlumat verib. Rusmeyilli qüvvələr buna ciddi hazırlıq görsələr də, ermənilərin çox qismi Paşinyanı dəstəkləyəcəyini bildirmişdir.

Mikayıl Əsədov.

Bunu paylaş: