Rusiya digər Avropa ölkələrini də təhdid edir

Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti davam edir. Demək olar ki, Qərb yönlü dünya ölkələri Ukraynaya zəif də olsa, öz yardımlarını əsirgəmirlər. Bu günlərdə Avropada yerləşən bəzi dövlətlər özlərini müdafiə etmək üçün NATO-ya üzv olmağı düşünürlər. Finlandiya, İsveç, Bosniya və Hersoqovina bu barədə qəti fikirdə olduğunu qeyd etmişdir. Bu ölkələr Ukrayna nümunəsini özlərinə birbaşa təhdid hesab etməkdədirlər. Finlandiya, İsveç Rusiyanın şimalından, Bosniya və Hersoqovina isə Serbiya istiqamətindən hər an gələn təhlükələrlə üz – üzədir.

Bunlardan başqa Moldova və Gürcüstanı da bu sıralara aid etmək olar. Kremlin Moldova və Gürcüstanı dəfələrlə təhdid etdiyinin şahidi olmuşuq.
Finlandiya, İsveç, Bosniya və Hersoqovina bu yaxınlarda təhdid olunduqları barədə rəsmən bildirmişlər. Son üç ölkənin nümayəndələrinin sözlərinə görə Kreml rəhbərliyi xəbərdarlıq edərək bu çür söyləmişdir: “Əgər Ukraynadakı raketlərin sizə tuşlanmasını istəmirsinizsə, o zaman sakit oturun”.

Bununla Rusiya açıq şəkildə Avropada hegemonluq etmək fikrindədir. Moskva sərhədləri yaxınlığında və uzaqlığında NATO-nun genişlənməsinə qarşı çıxacağını bildirmişdir.
Hələ ki, gec deyilsə, NATO Putinin qarşısın almalıdır. Bu gün Ukrayna modeli birbaşa bütün Qərbə təhdiddir. Əgər kimsə Rusiyanın qarşısını almasa, bu zaman 1989 – cu ilə kimi olan keçmiş Sovetlər Birliyi sərhədləri bərpa olunacaqdır. NATO və Amerika lideri Putini konkret və adekvat cavabla yerində otuzdurulmalıdır. Çünki imperiya sərhədləri hüdüdsüzdur!

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın