Rusiya buna görə Türkiyəyə etiraz etdi

 

Bir müddət əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Türkiyəyə səfəri barəsində sizlərə xəbər vermişdik. Həmin görüşün nəticəsi olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski birgə bəyanat yayaraq bu görüşdən razı olduqlarını bildirmişlər. Həmin görüşdə Türkiyə açıq şəkildə Ukraynanın suverenliyini dəstəkləyən bəyanat yaydı.
Bu görüşü diqqətlə izləyə Rusiya tərəfi, Türkiyəyə öz etirazını bildirmişdir. Turizim sektorunun başlanmasına zərba olaraq Rusiya Türkiyə ilə 45 günlük hava məkanını bağladığını bəyan etdi. Əsas etiraz isə Rusiyanın Xarici İşlər Nazirliyindən gəlmişdir.

Həmin etirazda Türkiyənin (PUA) Pilotsuz Uçuş Aparatlarının, Ukraynaya satışının dayandırılmasını tələb etmişdir. Bununlada Kreml Qarabağda olduğu kimi, Ukraynada da  rusyanın hərbi texnikalarının məhv olacağını açıq şəkildə bilməkdədir.
Ukrayna tərəfinin məlumatına görə, Donbass ərazisində havaya qaldırılan “Bayraktar TB2” PUA-ları rus texnikalarının sərbəst hədəf aldığını bildirmişdir.

Digər tərəfdən ola bilsin ki, Türkiyə Ukraynaya “Akıncı” PUA-ları da satmışdır. Əgər bu məlumat duz çıxsa, müharibə başladığı təqdirdə Rusiyanın vəziyyəti çox ağır olacaqdır. Bununlada Rusiya Turkiyə PUA-larının ən təhlükəli silah olduğunun etiraf etdi.

Artıq NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Ukrayna ərazisinə ordu və texnika yığdığınına görə, Kremlə işğal etdiyi ərazilərdən çıxmağını teleb etmişdir. Görünən odur ki, Rusiya NATO-nu təhlükə hesab etmədiyi halda, Türk PUA-larını özünə böyük təhlükə hesab edir.

Mikayıl Əsədov.

 

Bunu paylaş: