Rusiya bu görüşü diqqətlə izləyir

 

Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etmişdir. Görüş zamanı Aİ – nın xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanla əməkdaşlığın perspektivliyindən söhbət açmışdır. Söhbət zamanı Azərbaycan prezidenti Avropa ilə əməkdaşlıqdan söhbət açaraq, bu görüşdən məmnun olduğunu bildirmişdir. Ölkə başçısı yaxın vaxtlarda Azərbaycan və Avropa arasında imzalanacaq sənədlərin hər iki tərəfə böyük xeyri olacağını söyləmişdir.


Bu görüşü diqqətlə izləyən bəzi dövlətlər hər an Azərbaycana qarşı qısqanclıq və aqresiya nümayiş etdirə bilər. Əlbəttə ki, düz tapmısınız,; söhbət Rusiyadan gedir. Hər halda, bir neçə il bundan əvvəl Rusiyanın Gürcüstana hücumunun məqsədi, rəsmi Tiflisin Avropaya inteqrasiyasını dayandırmaq idi.Əgər İlham Əliyev bunu anlayırsa, , niyə böyük bir riskə girir? Bu sualın bir cavabı Rusiyanın Qafqazda gücünün zəifləməsi ola bilər. Türkiyənin Azərbaycana açıq şəkildə dəstəyi də özü bir nümunədir.

İkinci cavab isə Azərbaycan prezidenti bəlkə də bu barədə artıq Putindən razılıq əldə etmişdir.
Toivo Klaar və İlham Əliyevin görüşündə yeni yol xəritəsindən söhbət getsə də, Aİ – nın məqsədinin başqa olduğu çoxdan bəllidir. Aİ-nın əsas hədəfi Azərbaycanda insan haqları, demokratiya yaratmaq və korrupsiya, rüşvətxorluğu yox etməkdir. Əgər yaxın vaxtlarda Azərbaycan Aİ ilə enerji müqaviləsi imzalarsa, bu onu göstərir ki, “Şimal qonşumuz” Avropa ilə Azərbaycan arasında inteqrasiya müqaviləsi imzalanmasına imkan verməmişdir. Hər halda inanırıq ki, Avropa İttifaqı İlham Əliyevə dil tapa biləcəkdir, geriyə əliboş qayıtmayacaqdır.

Mikayıl Əsədov.

Bunu paylaş: