Rusiya bu dövlətlərə hər an hücum edə bilər

Rusiyanın Ukraynada təxribatları davam edir. Kremlin məqsədi Ukraynanın NATO-ya üzvlüyünün qarşısını almaqdır. Aldığımız xəbərə əsasən, iki gün əvvəl Rusiyameyilli separatçılar Ukraynanın Donetsk şəhərinin Şumi kəndini artilleriya atəşinə tutmuşlar. Nəticədə 4 Ukrayna əsgəri həlak olmuş, 3 nəfər isə yaralanmışdır. Buna cavab olaraq Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanı düşmən elan edən, hərbi strateji və təhlükəsizlik sənədinə imza atmışdır.

 


Bu hadisədən sonra Amerika, Fransa, Almaniya liderləri Rusiyanın bu təxribatını pisləmiş və atəşkəs rejiminə əməl edilməsini tələb etmişlər.
Rusiya bununla göstərmək istəyir ki, Ukrayna və Gürcüstan NATO – ya qəbul edildiyi təqdirdə işğalçılıq siyasətini davam etdirəcəkdir.

 

Artıq Rusiya XIN Gürcüstanın da bu Alyansa qəbul edilməsinə görə Qərbə xəbərdarlıq edib. Belə getsə “Qara Dəniz” hövzəsində Qərblə Rusiya toqquşması qaçılmaz olacaqdır. Bu arada Ukrayna ordusu hazır vəziyyətə gətirilmişdir. Aldığımız məlumata əsasən, Ukrayna ordusuna məxsus “Bayraktar TB-2” PUA-ları münaqişə bölgəsində kəşfiyyat ucuşları həyata keçrirlər.

Hər kəsi maraqlandıran Türkiyənin bu müharibəyə münasibətidir. Türkiyə NATO-nu üzvü kimi Alyansa dəstək verməlidir. Lakin Türkiyənin siyasətinə nəzər etsək, rəsmi Ankara ikinci dünya müharibəsində olduğu kimi neytral mövqe nümayiş etdirə bilər.

Mikayıl Əsədov.

 

Bunu paylaş: