Rusiya, Bosniya və Hersoqovinanı işğal edə bilər

 

Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Vasili Nebenzya son vaxtlar aktivliyi və aqressiv mövqeyi ilə seçilməkdədir. O, bu dəfə Bosniya və Hersoqovinadakı vəziyyəti dünyanın diqqətinə çatdıraraq qeyd etmişdir ki, orda yaşayan slavyan əsilli serblərin sıxışdırılmasına Rusiya tərəfinin dözmək fikri yoxdur. Sonra qeyd etmişdir ki, xarici qüvvələrin (Qərbi nəzərdə tutur) Bosniya və Hersoqovinanın daxili işlərinə qarışması yol verilməzdir. Hər kəsin “Dayton” razılaşmasına əməl etməsini və əgər təxribat baş verərsə, qarşılarında Rusiyanı görəçəklərini bildirmişdir. Həmin ölkədə serblər, xorvatlar, Bosniya müsəlmanlarının birgə sülh şəraitində yaşamasını Qərb və Rusiya təmin etməlidir.

Qeyd edilir ki, Xorvatiya rəhbəri Zelko Komşiç, Bosniya rəhbəri Şefik Caferoviç və Serbiya rəhbəri Milorad Dodik arasında böyük fikir ayrılığı, vəziyyətin gərginləşməsinə səbəb olur. Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzyanın belə aqressiya ilə çıxış etməsi, onu göstərir ki, Rusiya Serbiyanın əli ilə, Bosniya və Hersoqovinaya hücum edə bilər. Məsələ burasındadır ki, Qərb üçün ən təhlükəli nöqtə bu gün də Serbiya sayılmaqdadır. Çünki Rusiya illərdir ki, Serbiya hərbi bazalarını Avropaya qarşı istifadə etməkdədir.
Bu gedişat onu göstərir ki, yaxın vaxtlarda Bosniya və Hersoqovina parçalana bilər və ayrıca Bosniya dövləti yaransa da, Hersoqovina əraziləri Xorvatiya və Serbiyaya birləşdirilə bilər. Bir sözlə, Rusiya açıq şəkildə yeni müharibənin baş verəcəyindən BMT-ni məlumatlandırır.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın