Rusiya bizim psixologiyadan istifadə edərək özünü yaxşı tərəfdən göstərirdi

Hörmətli Azərbaycan xalqı, Qarabağ müharibəsi zamanı Rusiyanın bəzi siyasətçiləri, tarixçiləri və tanınmış şəxslərinin xalqımızın haqlı yolda olduğunu və ölkəmizin müdafiəsi tərəfindən çıxış etmələrinin şahidi olmuşduq. 44 günlük müharibədə Oleq Kuznetsov, Maksim Şevçenko, Sergey Markov, Iqor Koroçenko kimi şəxslərin bizi dəstəkləməkdə davam etdiklərini demək olar ki, hər gün eşidirdik.
Bu gün isə, Ukrayna Rusiya müharibəsinin baş verməsi ilə əlaqədar, həmin şəxslərin Azərbaycan xalqının mövqeyinə iradlarını görməkdəyik. Bildiyiniz kimi, millətimiz Ukrayna xalqı ilə eyni taleyi yaşadığı üçün onların yanında olmağı lazım bilmişdir. Dəfələrlə millətimiz Rusiyanın işğalına məruz qalan ukraynalılara humanitar yardım göndərmişdir. Bu dəstək Kremli qıcıqlandırmağa başlamış və bizə dəstək olan rus elitasının hədəfinə cevrilmişik.

Bir neçə gündür ki, sosial şəbəkələr və xəbər saytları vasitəsi ilə, Maksim Şevçenkonun, Oleq Kuznetsovun, Sergey Markovun, Iqor Koroçenkonun və bu kimilərin etiraz müraciətlərini görürük. Onlar Qarabağ münaqişəsi zamanı dövlətimizin yanında olduqlarını bildirərək, bu gün qarşı tərəfdən həmin dəstəyi almadıqlarını qeyd edirlər.

Gəlin vəziyyəti tam araşdıraq…
Müharibə zamanı təbii ki, Rusiya tərfindən bu şəxslərin bizi müdafiə etmələrini gördük və bu danılmazdır. Lakin bu şəxslərin Kreml tərəfindən hazırlanmış agentlər olduğu da istisna deyil.
İllərdir ki, Azərbaycan xalqının psixologiyasına bələd olan Rusiya imperiyası bundan istifadə edərək, xalqımız arasından dəstək yığmağa çalışırdı. Rusiya anlayır ki, Qarabağ münaqişəsini süni yaradanın kim olduğu barədə Azərbaycan xalqının xəbəri vardır. Bu səbəbdən “nə şiş yansın, nə kabab” siyasəti apararaq bu agentləri bizə qarşı dəstəkçi kimi təqdim etdi.
AXI BİZİM XALQIN PİSİXOLOGİYASI BELƏDİR, NƏTİCƏDƏN, KİMLİYİNDƏN ASLI OLMAYARAQ TƏRİFLƏNMƏYİ XOŞLAYIRIQ!. ƏSAS ODUR Kİ, DEYƏK QURU-QURU RUSİYA BİZİ DƏSTƏKLƏYİR.
Bundan istifadə edən Kreml bizi agentlər lə, Ermənistanı isə silahlarla dəstəklədiyini gördük.
Bu gün hər şey bəlli oldu bu şəxslər xalqımızın qanına yeridilən saxta agentlərdir. Biz onları reklam edərək deyirik ki, ruslar bizi dəstəkləyir. Anlamırıq ki, real təstəkləmək prezidentlər səviyyəsində olur. Bunu da 44 günlük müharibə zamanı gördük. Putin sözdə bizi, silahda isə Ermənistanı dəstəklədi.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın