Rusiya bazaları ermənilərin özünə qarşı işlədilə bilər

Ermənilərin son Qarabağ müharibəsindən sonra Rusiyaya qarşı nifrəti artmaqdadır. Bu barədə sizlərə əvvəlki yazılarımızda xəbər vermişdik. Ermənilər arasında türklərə nifrətdən sonra ikinci yerdə rusların olduğunu  görmək bir o qədər çətin deyildir. Qeyd edək ki, birincisi Qarabağ münaqişəsində bu konflikti yaradan, Azərbaycan torpaqlarının işğalında və Xocalı soyqırımını təşkil edənin Rusiya olduğunu,  hətta ermənilər tərəfdən döyüşdüklərini bilirik. Lakin 44 günlük müharibə zamanı Ermənistan yenə 1990 -1994 – cü illərdə Rusiyadan aldıqları köməyi görməyəndə ruslara qarşı nifrət etməyə başlamışlar. Düzünü desək,  ikinci Qarabağ müharibəsi zamanı Rusiyanın Ermənistana əvəzsiz köməyini görmək bir o qədər də çətin deyildir. Məsələ burasında idi ki,  Azərbaycan ordusu əsl gücünü göstərdi və rus-erməni işğalçılarından öz torpaqlarını azad etdi. Bununla da ermənilərin illərdir yaratdığı yenilməz ordu mifini məhv etdi.

Rusiyaya qarşı artan nifrəti bu gün Ermənistanın bütün tərəfində görmək olur.
Məsələ burasındadır ki,  erməni KİV-ləri Rusiyanın Ermənistanda münaqişə ocağı yaradacağını deyir.

Görünür,  ermənilər artıq vəziyyəti anlamağa çalışırlar. Qeyd edək ki,  Ermənistan hələ də onların ərazisində yerləşən hərbi bazaların onları qorumaq üçün qaldıqlarını düşünürlər. Onlar güya bu bazalarla Türkiyədən qorunmağı fikirləşirlər. Lakin dünyanın ən ağılsız insanı anlaya bilir ki,  10 təyyarə, 15 helikopter, bir neçə min hərbçi Türkiyə ordusunun qarşısında heç bir saat belə tab gətirə bilməz. Məsələ burasındadır ki,  Ermənistanda olan Rusiyaya məxsus hərbi bazalar elə onların özləri üçün yaradılmışdır.
Ən azından Azərbaycanda baş verən “20 Yanvar” qətliamı buna bir sübutdur.

Bu gün Qərbin Nikol Paşinyana təzyiqlərindən biri də Rusiyanın ölkədən çıxarılmasıdır. Əgər bu baş verərsə, rus hərbçiləri ermənilərə qarşı atəş açmaqdan belə çəkinməyəcəkdir.
Görünür,  Ermənistan tərəfi vəziyyəti az da olsun anlamağa başlayıb və bu səbəbdən xalqı rus qətliamına hazırlayır. Artıq erməni ictimaiyyəti Rusiya ordusunun Ermənistanda yerləşdirilməsinə etiraz etməyə başlayıblar. Hər halda,  Moskva siyasətini İrəvandan çıxarmaq üçün, ermənilər qurban verməli olacaqlar. Bu qurbanların sayı  isə, 20 Yanvar qətliamından qat-qat çox olacaqdır!

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın