Rusiya “Bayraktar”lara qarşı, ilk dəfə yeni müdafiə sistemləri yaratdı

 

Dünyanı qorxuya salan “Bayraktar” Pilotsuz Uçuş Aparatlarına qarşı, Rusiya yeni müdafiə sistemi hazırlamışdır. Son vaxtlar əsasən, Ukraynada Rusiyanı qorxuya salmış türk PUA-larına qarşı, Moskva güclü alimlərini topladı. Nəticədə iyirmi birinci əsrin PUA-lara qarşı yeni müdafiə sistemi yaradıldı.
Beləliklə, dünyada ilkə imza atan Rusiyalı mütəxəssislər, tankların üst giriş qapaqlarının üzərinə, 1 kvadratmetr ölçüsündə dəmir tavan yerləşdirməklə, PUA-lardan qorunmaq fikrinə gəlmişlər. Nəzərə alsaq ki, türk PUA-larının əsas daşıdığı silah “lazer” və “fuqaz” bombalarıdır.
Dəmir tavanların isə, buna nə qədər dözəcəyi bəlli deyildir.

Qarabağ döyüşləri göstərdi ki, Türkiyə və Azərbaycan istehsalı olan, “lazer” və “fuqaz” bombaları tankların zirehini belə darmadağın etməyə qadirdir. Rusiyalı alimlər, partlayışın nöqtəsini tankdan bir metr məsafədə saxlamaqla, raketin düşmə zərbəsini zəiflətmək istəyirlər. Beləliklə, dünyada ilk olaraq Rusiya Türkiyənin istesal etdiyi PUA-lara qarşı müdafiə sistemləri yaratmış oldu.

Rusiya prezidenti Vladimir Putin, bir müddət əvvəl, Türkiyə istehsallı PUA-ların necə dayandırılmasını bildiklərini mətbuata açıqlamışdı. Xatırladaq ki, Rusiya tank əleyhinə raket sistemlərinə də çarə tapmışdır. Həmin sistemi tankın lüləsində qurmaqla, qarşıdan gələn təhlükədən qorunmaq fikrindədirlər.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın