Rusiya Azərbaycan torpaqlarında erməniləri döyüşə hazırlaşdırır

Rusiyanın “sülhməramlı” adı altında iki ilə yaxındır ki, fəaliyyət göstərdiyini bilirik. Lakin Putinin əsgərlərinin “sülhməramlı” adı altında digər məqsədlər gizləndiyini də sizlərə xatırlatmaq istərdik. Bilirik ki,  Moskva 10 noyabr bəyanatını kobud şəkildə pozan tərəflərdən biridir.  Onların nəzarət etdikləri yerlərdə daim atəşkəsin pozulması və erməni terrorçularının hələ də çıxarılmaması buna bir sübutdur. Bu da azmış kimi,  Ermənistan ordusuna hərbi təlimlər keçərək onları Azərbaycana qarşı təxribatlara hazırlayır. Bu yuxarıda sadaladığımız təxribatların  hamısı Rusiya ordusunun müvəqqəti yerləşdiyi Azərbaycan  torpaqlarında baş verir.

Bu da azmış kimi,  bu yaxınlarda rus “sülhməramlıları” (işğalçıları)  Ermənistan ordusuna Pilotsuz Uçuş Aparatlarından təlimlər keçmişdir. Bilirik ki,  müasir dövrdə PUA-lar müharibənin gedişatını dəyişən bir gücdür. Bu təhlükə barədə isə, rəsmi Bakı hər zaman olduğu kimi susur.

Məsələ burasındadır ki,  İlham Əliyev  hər şeyə nəzarət etdiyini desə də,  Ermənistandan Rusiyaya nə qədər silah daşındığının fərqində deyildir. Elə 44 günlük müharibədən əvvəl də Azərbaycan tərəfi Ermənistanın hərbi gücünü dəqiq hesablandığını desə də,  görünən bu oldu ki,  ölkəmiz bu məsələdə yanılmışdır. Müharibədən sonra aydın oldu ki,  Ermənistannın hərbi gücü Azərbaycanın hesablamalarından qat – qat çoxdur.

Digər tərəfdən isə, rəsmi İrəvanın hələ də 10 noyabr bəyanatına əməl etməməsi onu göstərir ki,  onlar kiməsə və nəyəsə arxayındırlar. Bu gün bölgədə olan vəziyyətdən belə aydın olur ki,  Rusiya sülhməramlı adı altında Ermənistan ordusunu yeni müharibəyə hazırlayır. Təəssüflər olsun ki,  Azərbaycan tərəfi hələ də susmaqla kifayətlənir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın