Rusiya Azərbaycanı ittiham etdi

Avqustun 3-də Azərbaycan – Ermənistan arasında gərginlik artması ilə bağlı Rusiya Müdafiə Nazirliyinin yaydığı qərəzli məlumat barəsində sizlərə bildirmək istərdik. Sülhməramlılar adı altında Azərbaycan torpaqlarında müvəqqəti yerləşən işğalçı rus ordusu da baş verən hadisədə bizi günahlandırmışdır.
Hörmətli Azərbaycan xalqı, sizlərə dəfələrlə Rusiyanın hansı xislətdə olduğunu tarixi faktlarla bildirmişdik. Rusiyanın açıq şəkildə Azərbaycanı günahlandırması bir daha sübut edir ki, Azərbaycan torpaqlarında onların vəzifələri sülhməramlı adı altında təxribatlar törətməkdir. Burada Kremlin nəzərinə çatdırmaq lazımdır ki, həm tarixi, həm də beynəlxalq səviyyədə Azərbaycan öz torpaqlarında istədiyini edə bilər.
Bu gün Azərbaycan öz ərazisində anti-terror əməliyyatları keçirmək üçün kimlərdənsə icazə almamalıdır.

Bu gün qeyd etmək istərdik ki, Rusiyanın təxribatları gözlənilən idi.
Aldığımız xəbərə görə hələlik atəşkəs olsa da, Azərbaycan Ermənistan arasında vəziyyət gərgin olaraq qalır.
Bununla bağlı Rusiya prezidenti Vladimir Putin təcili olaraq təhlükəsizlik şurasını çağırmışdır. Ola bilər ki, Kreml Azərbaycan üçün yaşıl işıq yandırsın. Ən azından geopolitik vəziyyətə fikir versək, Rusiya Qafqazda vəziyyətin gərginləşməsində maraqlı deyildir. Ən azından Türkiyə ilə kəllə- kəlləyə gəlmək Putinin planlarında yoxdur.

Rus – erməni təxribatlarına cavab olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da Təhlükəsizlik Şurasını çağırdığı deyilir. Bununla rəsmi Ankara Azərbaycanın tələblərinə əməl edilməsini göstərmək istəyir.

Qeyd etmək istərdik ki, Rusiyanın “sülhməramlı” adı altında Azərbaycana 44 günlük müharibənin bitməsi ilə gəlməsi İlham Əliyev hakimiyyəti tərəfindən atılan böyük siyasi səhv idi. Bəli, həmin zaman məcburiyyət siyasəti üzündən baş verdiyi ola bilər..
Lakin bu gün o səhvin bəhrəsini biz rus-erməni təxribatları ilə görürük.
Sonda qeyd etmək istərdik ki, ən azından Azərbaycan tərəfi təcili olaraq Rusiyanın bütün təxribatlarına qarşı adekvat cavab verməlidir. Əks – təqdirdə gələcəkdə Bundan da ağır təxribatlar bizi gözləyə bilər.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın