Rusiya Amerikaya sərt xəbərdarlıq etdi

 

Rusiya dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Leonid Slutski Amerikaya xəbərdarlıq edib. O, son vxtlar Amerikanın Qara Dənizdə ordu toplamasına etiraz edərək bildirmişdir ki, Vaşinqtonun bu hərəkəti bölgədə vəziyyəti gərginləşdirir.
O, bildirib ki, Ukrayna və Rusiyanın arasındakı gərginliyə Qərb hərbi və siyasi müdaxilə etməkdədir.

Slutski: — Əgər Qərb Ukraynaya Qara dənizdən müdafiə edətməyi fikirləşirsə, qarşısında Rusiya ordusunu görəcək. . Rusiya dövlət Dumasının üzvü Amerikaya sərt xəbərdarlıq da etməyi unutmayıb. O, bir daha işğalcı xarakteri ilə, qeyd edib ki, Rusiya hər zaman bu çür vəziyyəti özünə qəti təhlükə hesab edir və amansızlıqla qarşısındakını məhv edir. Bir sözlə, Rusiya nümayəndəsinin bu çıxışını, açıq şəkildə Amerika və NATO – ya qarşı bir ultimatum kimi qeyd edə bilərik.

Beləliklə, məsələnin gərginləşməsinə səbəb, bu yaxınlarda Amerikanın iki konqresmeni — Mayk Rocers və Mayk Törnerin Ukraynanı qorumaq üçün ordunu Qara Dənizdə yerləşdirməsi çağırışını etməsidir.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın