Rusiya AES-i vursa, NATO-da Moskvanı vuracaq

Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq siyasəti davam edir. Döyüşlər əsasən şərq və cənub istiqamətində aparılır. Amma bu gün dünyanın gözünün Zaporojye şəhərində olduğunu da deməliyik. Çünki Putinin işğalçı ordusu Qərbi Zaporojyedə yerləşən “Atom Elektrik Stansiyası” ilə qorxutmaqdadır. Hələlik rus işğalçılarının Xerson və Zaporojye şəhəri yaxınlığında cəmləşdiyi deyilir. Bununlada onlar AES – ə zərbə endirə biləcəkləri ilə bağlı xəbərlər yaymaqdadırlar. Ukrayna tərəfi isə, dünyanın ən böyük AES – nın çevrəsində 5 kilometrlik neytral ərazi yaradılması ilə bağlı işğalçılarla razılıq əldə etmək istəyir. Təəssüflər olsun ki,  bu təklif Rusiya tərəfindən müsbət qarşılanmamışdır.

Belə olduğu halda, ortaya NATO girərək Rusiyaya xəbərdarlıq etmişdir. Alyansın yüksək rütbəli nümayəndəsi qeyd etmişdir ki,  Rusiya əgər Zaporojye AES – ə zərbələr edirsə,  bu zaman NATO ordusunun necə Moskvaya girdiyini görəcəkdir. Qərb bu barədə Putinə xəbərdarlıq edir ki,    AES-ə hücum NATO-ya hücum deməkdir.

Beləliklə,   Rusiyanın Ukraynaya qarşı yürütdüyü işğalçılıq siyasəti nəticə vermədiyi üçün, Kreml daha da vəhşiləşir,  bütün təhlükəli əməllərə əl atmaqla kifayətlənir. Zaporojye AES – i də təhdid etməklə Putinin ordusunun gücünün tükəndiyini görmək olar. Bilirik ki,  müharibənin uzanması Kremlin planlarına uyğun deyildir. Bu səbəbdən Rusiya  nüvə  terroruna əl atmaqla Ukrayna və Qərbi sülhə məcbur etmək istəyir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın