Rusiya əlindən gələni edəcək ki, bu görüşlər davamlı olmasın

 

Fevral ayının 23-də Türkiyənin Akankara şəhərində, Xarici İşlər Nazirlərininin çox mühüm görüşü baş tutmuşdur. Bu görüşdə Türkiyəni Mövlud Çavuşoğlu, Azərbaycanı Ceyhun Bayramov, Türmənistanı isə Rəşid Meredov təmsil etmişdir. Bu görüşün özəlliyini Avropaya inteqrasiya kimi də dəyərləndirə bilərik. Türkmənistanın qapalı bir ölkə olduğu hər kəsə bəllidir. Bu görüşdə Qərbin enerji proqramına qoşulması son illərdə Türkmənistan üçün mühüm hadisədir. Türkiyə XİN-nin sözlerinə görə, hər üç ölkənin TAP-qaz xəttinin əsas üzvlərindən olması bizlər üçün qürurvericidir. Bu görüşdə hər üç ölkə arasında səhiyyə, investisiya, ipək yolu və.s kimi vacib məsələlər müzakirə edilmişdir.


Bu görüşü şimal qonşumuz Rusiya diqqətlə izləyir desək, yanılmarıq. Rusiya gözəl anlayır ki, Türkmənistan qazının Avropaya çıxışı ruslar üçün böyük zərbədir. Bu səbəbdən Kreml əlindən gələn hər bir şeyi edəcək ki, bu görüşlərin davamı baş tutmasın. Avropa qaz bazarında Rusiyanın işləri bir o qədər də yaxşı getmədiyindən daxildə iqtisadi problemlər yaşayır.
1) Bu gün Rusiyanın “Şimal axını” qaz kəməri Qərbin sanksiyaları ilə üz-üzədir.
2) “TAP” kəməri isə Rusiyanın “Nabucco” planının üzərindən xətt çəkdi.
3) Avropa artıq Rusiyaya etibarlı tərəfdaş kimi baxmır.

Bu üç amilə görə və daxili ekonomik problemlərinə görə Rusiya Türkmənistan qazının Avropaya nəql edilməməsi üçün hər cür maneələr törədəcəkdir.
Neçə ki, illər öncə Azərbaycan və Türkmənistan arasında süni problemlər yaratmışdır.

Mikayıl Əsədov.

Bunu paylaş: