Rusiya, İran və Ermənistanın Zəngəzurla bağlı planı…

 

 

Son vaxtlar bölgədə vəziyyət dəyişməkdədir. 2020 – ci il 10 noyabr müqaviləsinin şərtləri nədənsə, Ermənistan və Rusiyanı narahat edir. Görəsən, bu narazılıq hardandır,? Bizi bu məsələ Zəngəzur haqda düşünməyə vadar edir. Bəyanatlara əsasən Qarabağda olduğu kimi, orada da, Türkiyə və Rusiya qoşunları fəaliyyət göstərəcəkdir. Əsas narahatçılıq İsə güclənən Türkiyəni ora buraxmamaqdır. Çünki İran Ermənistanın əli ilə Zəngəzurda Türkiyə ordusunu sıxışdırmaq istəyir. Təbii ki, Tehranı narahat edən daxili məsələdir.


Digər tərəfdən, sanki Azərbaycanı Zəngəzurda təkləmək istəyirlər. Demək olar ki, Qarabağa maraq tam azalmaqdadır. Hətta Ermənistan razılıq verəcək ki, Xankəndindən çıxmaqla Zəngəzurda türk ordusunun qarşısını alsınlar.
Başqa bir sual isə sosial problemləri olan Qarabağ ermənilərinin Azərbaycan torpaqlarında nə üzlə qalacağıdır.. Artıq İrəvan və Moskva anlayır ki, Xankəndində olan ermənilər tez bir zamanda oraları tərk edəcəklər. Digər tərəfdən isə Zəngəzuru da itirməmək üçün Xankəndini azad etməyə hazır olacaqlar.

Nikol Paşinyan ATƏT-in Minsk qrupunu bu işə qatmaq istəsə də, rəsmi Bakı bundan imtina etdi. İstiqaməti dəyişərək bu dəfə tək Fransanı bu işə cəlb etmək qərarına gəlmişdir. Ermənistanın istəyi Fransa ordusunu Zəngəzur dəhlizinə cəlb etməkdir. Bu məsələnin də alınacağı mümkünsüzdür.

Çünki Rusiya ona düşmən olan Qərb nümayəndələrini Qafqazda görmək iqtidarında deyil. Əgər Ermənistan üçtərəfli müqavilədən kənara çıxsa, bölgədə müharibə yenidən qızışacaqdır.

Mikayıl Əsədov.

Bunu paylaş: