Rusiya İlan adasından niyə geri çəkildi?

Rusiyanın işğal etdiyi İlan adasından geri çəkilməsini tərəflər bir-birinə xas təqdim edirlər. Putinin ordusu qeyd edir ki, guya onlar Ukraynaya jest edərək bu adanı onlara buraxmışlar. Ukrayna tərəfi isə, İlan adasının böyük strateji yer olduğunu və bu səbəbdən azad etdiklərini qeyd etmişdir.

Məsələyə hər iki tərəfdən baxaq və ilk öncə işğaçılardan başlayaq. Rusiyanın adanı tərk etməsinin səbəbi orda verdiyi böyük itkilər olduğunu qeyd edə bilərik. Bu səbəbdən işğalçı ordu yaxşı müdafiə olunmadığı üçün, adanı tərk etdi. Son bir ayda Putinin ordusu burda çox böyük itkilər vermişdir.

Ukrayna tərəfi isə, Rusiyanın İlan adasını tərk etməyinin səbəbini Qərbdən aldığı yeni uzaq mənzilli silahlarla əlaqələndirir. Zelenskinin generalları qeyd edir ki, onlarda uzaq mənzilli böyük dağıdıcı gücə malik yeni silahlar vardır və İlan adasını, hətta Krım yarımadasını məhv etməyə qadirdirlər.
Yuxarıda qeyd etdiklərimiz tərəflərin fikirləridir.

Qeyd etmək istərdik ki, Rusiyanın İlan adasını tərk etməkdə məqsədi Ukraynaya təxribat hazırlamaqdır. İşğalçılar oranı tərk etdikdən sonra, Ukrayna ora çoxlu sayda ordu toplaya bilər. Bu zaman isə, ruslar onlara zərbələr endirəcəklər. Bununla da Zelenskinin ordusuna və donanmasına böyük zərbə vurulacaqdır.
Qeyd edək ki, Rusiyanın İlan adasını tərk etməyinin arxasında böyük bir təxribat durur. İşğalçılar heç bir zaman qarşı tərəfə boş yerə torpaq hədiyyə etməzlər. Onların adları kimi, məqsədləri də başqasının torpaqlarını işğal etməkdir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın