Rusiya öz maraqların güdür, 5 rayonun qaytarılmasından söz gedə bilməz

Rusiya yenə özünü xilaskar kimi göstərmək istəyir.
Dünən Milli Məclisin sədri Sahibə Qafarova Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovla görüşmüşdür. Bu görüşdə Sergey Lavrov Dağlıq Qarabağ və 7 rayonun məsələsində Rusiyanın güya ki, mövqeyindən çıxış edərək, 5 rayonun geri qaytarılmasından danışıb. Hətta bir az irəli gedərək Paşinyanı danışıqlar prosesinə xələl gətirdiyini söyləmişdir.
Azərbaycanda isə bəzi rusmeyilli qüvvələr bununla güya Rusiyanın mövqeyi olaraq qələmə vermək istəyirlər. Burda Lavrovun 5 rayonu geri qaytarmaq kimi bir fikri varsa, bunların əvəzində isə Azərbaycana bəzi şərtlər irəli sürəcəkləri qaçınılmazdır.
Rusiya kimi İmperiya öz maraqları üçün Moldova, Ukrayna, Gürcüstan və. s kimi ölkələrə əzələ nümayiş etdirə bilirsə, niyə Qarabağımıza görə kiçik Ermənistana heç bir təsir göstərə bilmir? Çünki, Qarabağımızı işğal altında saxlanması Rusiyanın marağındadır.

Mikayıl Əsədov.

Bunu paylaş: